Azərbaycanda media reklam bazarının vəziyyəti pisləşib

Qlobal reklam bazarı 2014-cü ildə artım tendensiyasını davam etdirib, 2013-cü ildəki həcmi 5 mlrd. dollar keçərək, 508 mlrd. dollara çatıb. Bu həcmin 92,6%-i və ya 472 mlrd. dolları media reklamı bazarının payına düşüb. Xarici reklam və kinoreklam cəmi 36 mlrd. dollar qazanıb, burada əsas hissə küçə reklamının payına düşür.

Bu, ZenithOptimedia media agentliyinin gəldiyi nəticələrdir. Agentlik 2015-ci ildə reklam bazarının 4,2% artaraq, 531 mlrd. dollara çatacağını, mediareklamın payının 92,6%-ə və ya 495 mlrd. dollara qədər artacağını proqnozlaşdırır.

Agentliyin araşdırmalarına əsasən, 2014-cü ildə mediareklam bazarı aşağdakı kimi bölünüb:

TV39,1%
İnternet 19,3%
Mobil İnternet5,1%
Qəzetlər14,9%
Jurnallar7,4%
Radio6,8%
Cəmi92,6%

2017-ci ilin nəticələrinə görə, qlobal reklam bazarı 581 mlrd. dollara qədər artacaq, mediareklam bazarı artıq 93% və ya 541,6 mlrd. dollar təşkil edəcək:

TV36,8%
İnternet 19,4%
Mobil İnternet12,9%
Qəzetlər11,7%
Jurnallar5,9%
Radio6,5%
Cəmi93,2%

Yəni 2015-2017-ci illər ərzində mediareklam bazarı təxminən 14% inkişaf edəcək.

Agentliyin məlumatına görə, aparıcı reklam bazarları onluğuna aşağıdakılar daxildir:

ÖlkələrHəcm, mlrd./$ ÜDM-ə
ABŞ176,2 1,05%
Çin45,7 0,50%
Yaponiya41,50,84%
Almaniya24,70,66%
Böyük Britaniya24,30,90%
Braziliya14,20,63%
Fransa13,7 0,46%
Cənubi Koreya11,8 0,90%
Avstraliya11,5 0,74%
Kanada10,30,56%

KİV-in iqtisadi cəhətdən uğurlu və azad inkişafının, habelə azad iqtisadiyyatın göstəricisi mediareklam bazarı həcminin ölkə ÜDM-də həcminin dünyada qəbul edilmiş normasıdır ki, bu göstərici 1% təşkil etməlidir.

2008-ci ildə başlamış növbəti dünya iqtisadi böhranına qədər azad iqtisadiyyatı olan, demək olar ki, bütün ölkələrdə bu nisbət mövcud idi. Balans sonrakı böhran illərində pozulub, amma 2014-cü ilin yekunlarına görə azalma 50%-i keçməyib. ÜDM-ə qızıl 1% nisbətinin təmin edildiyi ABŞ istisnadır.

Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda 2014-cü ildə reklam bazarının ümumi dövriyyəsi 17,9% artıb və 67,3 mln.-a çatıb (86,3 mln. dollar).

Media reklamının həcmi 25,1 mln. manat (32 mln. dollar) təşkil edib:

TV 22 mln. 665,9 min manat ($28,9 mln.)
Radio 1 mln. 376 min manat ($1,7 mln.)
Qəzetlər və Jurnallar 244 min manat ($312 min)
İnternet 775,2 min manat ($0,99 min)

Göründüyü kimi, dünya reklam bazarında medianın payına 92% düşürdüsə, Azərbaycanda küçə və kino reklam bazarı media bazarından 260% çox olub.

Azərbaycanda mediareklam bazarının həcminin ÜDM-ə (73,5 mlrd. dollar) nisbəti 0,034% təşkil edib. Bu, 2005-ci ildə 0,14%-ə bərabər olan göstəricidən xeyli azdır. Eyni zamanda, Turan-ın araşdırmalarına görə, bazarın həcmi 25 mln. dollar, ÜDM 19,9 mlrd. dollar təşkil edib.

KİV-in maddi vəziyyətinin real şəkildə pisləşməsi göz önündədir.

Bu vəziyyətin obyektiv və subyektiv səbəbləri var.

Obyektiv səbəblərə inhisarlaşmanı və inkişafın tarazlaşdırılmamasını aid etmək olar.

20052014
ÜDM-də enerji resurslarının payı (cari dövr üçün)67%39,1%
Büdcədə enerji resurslarının payı54,4%66%
İxracda enerji resurslarının payı (2006-cı il)84,6%91,07%
Vergilər strukturunda kiçik və orta biznesin payı5%-

Obyektiv səbəblərin növbəti maneəsi böyük qeyri-leqal iqtisadiyyat təbəqəsi, qeyri-neft sektorunda inhisarçılıq, zəif kiçik və orta sahibkərlar sinfidir.

Subyektiv səbəblərə KİV-in dövlət tərəfindən reklam gəlirlərinin daxil olmasına mane olmaq yolu ilə iqtisadi cəhətdən məqsədyönlü şəkildə boğulmasını aid etmək olar. Müstəqil və müxalif KİV-ə reklam verilməməsi məqsədilə reklamverənlərə təzyiq göstərilib və göstərilir. Bunun nəticəsi kimi müstəqil KİV praktiki olaraq institut kimi mövcudluğuna son qoyub.

10 mərkəzi kanaldan ibarət olan tele və radioyayım tamamilə hakimiyyətin nəzarəti altındadır və buraya daxil olan 28,9 mln dollar ölçüsündə vəsait müəyyən mövcudluğu təmin edir, amma cüzi gəlir onların inkişafına ciddi şəkildə təsir edir.

Çap və on-line KİV-in bu həcmi (1,08 mln. dollar) onların ticarə müflisliyini və xarici maliyyələşdirmədən tamamilə asılılığını göstərir. Təxminən 30 qəzet Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun xətti ilə 3 mln. dollar həcmində cüzi rəsmi maliyyələşmə alıb. Amma qeyri-leqal dövlət maliyyələşdirməsi aysberqinin böyük hissəsi və ya sualtı hissəsi on milyonlarla dollar təşkil edir. Orta hesabla bu KİV-lərin hər birinə ildə 4348 dollar və ya ayda 362 dollar düşür. Əlbəttə, onların əksəriyyəti reklam almır, çox az hissəsinin ildə on minlərlə reklamı olur, bu vəsait böyük ştatların saxlanmasına və bir ay ərzində qeyri-leqal əmək haqlarına çatmaz.

İqtisadi asılılığının nəticəsi kimi KİV təbliğat alətinə çevrilir və artıq KİV haqqında qanundə və Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarında əks olunan funksiyaları yerinə yetirmir. Bu funksiyalardan ən önəmlisi 1 Nömrəli prinsip - Həqiqətə, dəqiqliyə və obyektivliyə xidmətdir.

Hələlik isə mediareklam bazarının vəziyyətinin son 10 ildəki norma həddində qalacağını proqnozlaşdırmaq olar, çünki bu, siyasi-iqtisadi təzahürdür. İnkişaf etmiş mediareklam bazarı azad və liberal iqtisadiyyatın tərkib hissəsidir. Azərbaycan iqtisadiyyatı ona aid deyil. Beynəlxalq standartlara cavab verən mediareklam bazarının qurulması yalnız yüksək iqtisadi azadlıq, mal və xidmət istehsalçılarının, xüsusən inkişaf etmiş ölkələrin iqtisadiyyatının mühərriki olan orta və kiçik biznesin ədalətli və yüksək rəqabəti olduğu halda mümkündür.

Dövlət institutlarından biri müstəqil KİV olan demokratik idarəetmə sistemi yaratmadan isə bu, mümkün deyil. Azərbaycanda hazırki hakimiyyət dəyişikliklərə hazır deyil və maksimum status-kvonu qoruyub saxlamağa çalışacaq.

Rəy yaz

Analitika

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti