РИА Новости
Ermənistanın Diaspora İşləri üzrə Baş Müvəkkil Ofisinin keçmiş əməkdaşlarını kim əvəz edəcək?
Ermənistan baş naziri Nikol Paşinyanın bu yaxınlarda Diaspora İşləri üzrə Müvəkkil Ofisində bir sıra idarə və şöbə rəhbərlərinin (10-dan çox məsul şəxs) vəzifələrindən azad edilməsi haqqında verdiyi “misilsiz” əmri Ermənistanın internet seqmentində müzakirə olunan mövzulardan biri olaraq qalır.
Maraqlıdır ki, erməni portalları, demək olar ki, baş verənlərin təhlilini vermir, əsasən yalnız strukturun “optimallaşdırılması” tezisinə diqqət yetirir. Erməni mənbələrinə görə, idarənin özündən rəsmi şərh verməkdən imtina edirlər, yalnız işdən çıxarılmaların “kadr təmizliyinin deyil, struktur dəyişikliklərinin” nəticəsi olduğu haqqında açıqlama ilə kifayətlənirlər (armeniasputnik.am).
Amma bir sıra bilavasitə və dolayı məqamlar Ermənistan baş nazirinin qəbul etdiyi qərarın heç də kortəbii olmadığını ehtimal etməyə imkan verir. Belə ki, diaspora məsələləri üzrə keçmiş nazir müavini Serj Srapionyan iş yerlərinin ləğv edilməsi bəhanəsi ilə əməkdaşların işdən çıxarılmasını (onun sözlərinə görə, onların hamısı “hələ əvvəlki hakimiyyət dövründən işləyirdilər”) “de fakto göz önündə olan adi kadr talanını ört-basdır etmək” məqsədi daşıyan “zahiri pərdə” adlandırıb (armeniasputnik.am).
Başqa sözlə desək, S.Sprapionyan açıq şəkildə “Paşinyanöncəsi” heyətin işdən çıxarıldığını deyib. Amma, belə olan halda, onların əvəzinə kimsə gəlməlidir, deyilmi?
Və burada N.Paşinyanın bu il iyulun 20-də açıqladığı 2020-ci ilin sentyabrından etibarən “Ermənistanın dövlət idarəçiliyi sisteminin işinə diasporadan 100 yüksək səviyyəli erməni mütəxəssisin cəlb ediləcəyi” haqqında məlumatına üz tutmaq olar. “Biz onları qəbul etməyə və Ermənistanın rifahını artırmaq üçün onların təcrübəsindən istifadə etməyə şadıq”, deyə o öz Facebook səhifəsində (facebook.com/nikol.pashinyan) yazıb.
Burada söhbət “İ qorts” (“İş başına”) proqramından gedirdi. Diaspora işləri üzrə Baş Müvəkkil Ofisinin portalı “dövlət orqanlarının irəli sürdüyü peşəkar tələblərə uyğun olaraq, proqram çərçivəsində diasporadan olan erməni mütəxəssislər dövlət sistemində işləyəcək və siyasətin və təkmilləşdirmə proqramlarının işlənib hazırlanmasında və müvafiq sahələrin inkişafında öz təcrübələri və biliklərini tətbiq edə biləcək (diaspora.gov.am). Yeri gəlmişkən, bu, səhifədə yazıldığına görə “hazırlıq mərhələsində” olan bu saytda yeganə məlumatdır.
Ofisin rəhbəri Sara Andjarqolyanın sözlərinə görə, dünyanın hər tərəfindən diasporada dünyaya gəlmiş, təhsil almış və işləmiş, tamamilə fərqli dünya görüşü olan gənclər Ermənistana gəlmək arzularını dilə gətiriblər. “Yanaşma və fəlsəfə dəyişir, - o deyir, - onlar yenilik gətirə bilərlər. Bizim Ermənistan hökumətində çox gözəl mütəxəssislərimiz var, amma bizim, bəlkə də, kiçik daxili inqilaba ehtiyacımız var”. Dediklərinə dəqiqlik gətirən Andjarqolyan əlavə edir ki, “İ Qorts” proqramı “bir çox müxtəlif boşluqları” doldurur, ona görə ki, “biz öz insanlarımızı buraya gətiririk”. Bu şəxslər “özləri ilə öz ölkələrinin mədəniyyətini, iş üslubunu, düşüncə tərzini gətirir”, bu, “bizi yalnız daha da gücləndirə bilər” (arovat-ru.am).
Beləliklə, görünür ki, N.Paşinyan kadr inqilabının növbəti mərhələsini düşünür - bu dəfə diaspor strukturunda. Bu aspektdə, demək olar ki, yanılmadan söhbətin idarənin keçmiş kadrlarının Qərbyönlü düşüncə tərzinə malik şəxslərlə əvəz edilməsindən getdiyini söyləmək olar. Göründüyü qədər, “kənardan” gələcək həmin 100 nəfərin içində artıq Diaspora işləri üzrə Müvəkkil Ofisində boş vəzifələri tutacaq şəxslər müəyyən edilib. Əlbəttə, baş verənləri onların müstəsna olaraq “Rusiyapərəst” kadrları əvəz etməsi kimi təsəvvür etmək tarixi görünməyə bilər. Amma fakt fakt olaraq qalır - qərar qəbul edilib və o, N.Paşinyan tərəfindən son aylar ərzində aparılan kadr dəyişiklikləri əhval-ruhiyyəsində həyata keçirilir.
Şübhəsiz, baş nazir bu qərarı “keçmişlərin” “yeni ermənilərlə” əvəz ediləcəyinin elan edildiyi sentyabra yaxın da qəbul edə bilərdi, amma bu gün və indi diaspora strukturunun təmizlənməsi əlamətdar, bəlkə də hətta simptomatik xarakter daşıyır. Bu, Ermənistanın Tovuz rayonuna hücumundan sonra bütün dünyada Azərbaycan diasporasının heç vaxt olmadığı qədər əlaqələnmiş fəaliyyəti fonunda baş verib. Erməni diasporasının rolu isə əsasən davalarla məhdudlaşıb, o da ermənilərin sayının azərbayanlıların sayından on dəfələrlə çox olduğu hallarda.
Məhz bu nisbət N.Paşinyana sentyabra bir ay qalmış Diaspora Ofisində “kadr inqilabına” başlamaq imkanı verib.
Teymur Atayev
Rəy yaz