Arxiv
Fitch Ratings Azərbaycanla bağlı proqnozu “neqativ”ə endirib, bir sıra hərəkətləri tənqid edir
Agentliyin hesabatında qeyd olunur ki, "ölkədə baş verən hadisələr 17 iyul 2020-ci ildə təyin edilmiş Azərbaycan üzrə "Fitch "suveren reytinqinə yenidən baxılma təqvimdən kənara çıxmağı tələb edir".
Agentliyin ekspertlərinin fikrincə, 2020-ci ildə ÜDM 4.8% azalacaq, halbuki əvvəllər Fitch artımı 2,2%, Azərbaycan hökuməti isə 3% proqnozlaşdırırdı, bu isə indiki şəraitdə mümkün deyil.
Bunu əsasında "neftin qiymətinin kəskin enməsi və koronavirus COVID-19-un yayılmasının qarşısını almaq üçün görülən tədbirlərin 2020-ci ildə Azərbaycanda iqtisadi fəallığın azalmasına səbəb olacağı" faktı dayanır.
"Fitch, 2020-ci ildə ÜDM-in 4.8% azalacağını proqnozlaşdırır, çünki gəlir, istehlak və neft və qeyri-neft sektorları karantin məhdudiyyətlərindən əziyyət çəkəcək.
Lakin biz proqnozlaşdırırıq ki, neft qiymətləri və məcmu tələb artdıqca 2021-ci ildə ÜDM artımı 2,5% olacaq”, - deyə agentliyin məlumatında qeyd olunur.
Fitch bu il Azərbaycanda inflyasiyanı 1,5% səviyyəsində proqnozlaşdırır (bu reytinq agentliyinin yanvar ayı üçün proqnozu 3,3% idi).
Fitch həmçinin hesab edir ki, neftin qiymətinin düşməsi nəticəsində 2020-ci ildə büdcə kəsiri ilin əvvəlində güman edilən 4,4% əvəzinə ÜDM-in 6,8%-i qədər olacaq.
“Neftin kəskin ucuzlaşması Dövlət Neft Fondunun gəlirlərini xeyli azaldacaq, eyni zamanda bu dövrdə sosial ödənişlərin artımı gözlənilir, çünki işsizliyin 2019-cu ildəki 5%-dən bu il 8%-ə yüksələcək. «Fitch» gözləyir ki, bir qədər əvvəl tətbiq edilən fiskal qaydalar müvəqqəti olaraq dayandırılacaq ki, hökumət böhrana reaksiya versin”, - deyə agentlik qeyd edir.
Agetlik hesab edir ki, dövlət borcu aşağıdır (2019-cu ilin sonuna olan vəziyyətə ÜDM-nin 19,1%-ni təşkil edir), lakin koronavirusa qarşı tədbirlərin maliyyələşdirilməsi səbəbindən 2020-ci ilin sonuna ÜDM-nin 23,8%-i təşkil edəcək.
Agentliyin qiymətləndirməsinə görə, neftin qiymətinin aşağı düşməsi səbəbindən cari əməliyyatlar saldosu 2019-cu ildə müsbət 9,3%-dən, 2020-ci ilin sonunda mənfi 2,8% (ÜDM-ə nisbətdə) olacaq.
Neftin qiymətinin bərpası fonunda Azərbaycan 2021-ci ildə cari əməliyatlar üzrə 5,2% profisitə qayıda bilər.
FITCH-in valyuta siyasəti üçün tövsiyyələri
“Agentlik bildirir ki, dünya bazarında neftin qiymətinin fevralın sonundan indiyədək 32% azalmasına baxmayaraq, hökumət manatın məzənnəsini inadkarlıqla 1,7 manat həddində saxlayır. Bu da həddən artıq baha başa gəlir və dayanıqlı deyil.
Azərbaycanda karbohidrogenlər ÜDM-nin 40%-i, ixracın 90%-i, vergilərin isə 3-də ikisini təşkil edir.
Dövlət Neft Fondu (SOFAZ) ilin əvvəlindən indiyədək valyuta hərraclarında 2,9 milyard dollar satıb, təkcə mart ayında 1,9 milyard dollar satılıb. SOFAZ-ın Mərkəzi Bankın valyuta hərraclarında üç ayda satdığı valyuta Fondun büdcə qarşısında 6,7 milyard dollarlıq illik öhdəliyinin 45%-ni təşkil edir. Biz hesab edirik ki, ARDNF-nun AMB-nin hərraclarında büdcədə nəzərdə tutulandan artıq dollar satması üçün büdcə haqqında qanuna dəyişiklik edilməlidir”, - deyə reytinq agentliyi qeyd edir. məlidir.
Ekspertlər bildirir ki, AMB-nın valyuta ehtiyatları 6,4 milyard dollar təşkil edir, amma bu göstərici neftin qiymətinin son slçrayışından sonra Azərbaycanın xarici aktivlərinin cari səviyyəsinin 4 ayından aşağıdır. FX həcmləri həm fərdi. Həm də adi rejimdə satılır.
“Apreldə valyutaya aşağı tələb halında belə, neftin qiymətinin aşağı olması fonunda onun satış tempi Azərbaycanın xarici aktivlərin azalmasına gətirib çıxara bilər. Azərbaycanın xarici aktivləri yüksəkdir və Mərkəzi Bankla Dövlət Neft Fondunun vəsaitlərini birgə hesablayanda 2019-cu ilin sonuna 49,5 milyard dollar təşkil edir. Bu ölkənin 27 aylıq idxalına bərabərdir.
“Azərbaycan valyuta siyasətində səhv hərəkətlərin riskini, 2014-2015-ci ilin təcürəsini unutmamalıdır. Depozitlərin dollarlaşması səviyyəsi (2019-un sonuna 61%) və kreditlərin dollarlaşma səviyyəsi (35%) manatın nəzarətdən çıxan mümkün devalvasiyasının potensial təsirini artırır”, - deyə Fitch-də hesab edirlər.
Fitch hesab edir ki, koronavirus pandemiyası və neftin aşağı qiyməti Azərbaycanda bankların aktivlərinin keyfiyyətinə təsir edəcək.
“Azərbaycan bankları hələ də 2015-i ildəki devalvasiya nəticəsində aktivlərin keyfiyyətinin pisləşməsindən tam özlərinə gəlməyib, hələ də zəif olaraq qalırlar, bu vəziyyət Fitch Banking System Indicator (BSI) göstəricisində “B” qiyməti ilə əksini tapıb. Məcmu bank sektorunda vaxtı keçmiş kreditlərin payı əvvəlki kimi yüksəkdir”, - deyə reytinq agentliyi yazır.
2017-ci ildə borcun restrukturizasiyasından sonra ABB keyfiyyəti yaxşılaşdırılmış aktivlərlə mənfəətliliyə qayıdıb.
Lakin açıq valyutasının 2017-ci ildəki 1,9 mlrd. dollardan azalmasına baxmayaraq, kapital mövqeyi böyük olaraq qalır və 0,8 mlrd. dollar təşkil edir.
İqtisadiyyatı şaxələndirmək üçün əhəmiyyətli xarici qeyri-neft sərmayə cəlb etmək Azərbaycana kömək edə bilər, amma 2020-ci ildə bu, çətin ki, mümkün olsun.
Bundan əlavə, Azərbaycan idarəetmə sistemində məsuliyyət hələ də aşağı səviyyədədir, siyasi prosesdə iştirak üçün hüquqlar zəifdir, qanunun tətbiqi qeyri-bərabərdir, korrupsiya səviyyəsi yüksəkdir.
Bütün bunlar effektiv islahatların həyata keçirilməsinə mane olur ki, Azərbaycan iqtisadiyyatı xarici şoklardan daha az riskə məruz qalsın.
Rəy yaz