mobatime.com
Bu mövzular hələ də düşmənçilik edən Cənubi Qafqaz dövlətlərinin hər iki paytaxtında müzakirə olunub. Doğrudur, hərbi əsirlərin buraxılması və azad edilmiş ərazilərdə minalanmış yerlərin xəritələri (həmin ərazilərdə yüzdən çox dinc vətəndaş minaya düşüb) də müzakirə edilib, ancaq onları humanitar xarakterli məsələlərə aid etmək olar.
Hələ mayın 10-da səhər Lavrovun Bakıya gəlişindən on saat öncə prezident İlham Əliyev Naxçıvan şəhərinə gedib, orada Azərbaycan-Ermənistan-Naxçıvan avtomobil və dəmir yolunun yerli sahəsinin bərpasının gedişilə tanış olub. Yeni Ordubad-Culfa yolunun tikintisinin başa çatması barədə Əliyevə raport veriblər və onu yenidən qurulmuş Ordubad stansiyasında dəmir yolunun bərpası ilə bağlı görülən işlərlə tanış ediblər. Bununla da o 10 noyabr 2020-ci il tarixli saziş çərçivəsində kommunikasiyaların açılması sahəsində götürülmüş öhdəliklərin icrasını əyani şəkildə hamıya nümayiş etdirib.
Əliyev həmçinin Azərbaycanın materik hissəsindən Ermənistan sərhəddinə qədər dəmir yolunun bərpası üzrə işlərin intensivləşdirildiyini bildirib.
Kommunikasiyaların açılması ilə bağlı öhdəliklərini yerinə yetirmək əzminin gücləndirilməsi üçün Əliyev erməni tərəfdən iş qrafikdən geri qalacağı təqdirdə Ermənistana qarşı hədələr səsləndirib. Bununla yanaşı, o, "Rusiya Dəmir Yolları" Açıq Səhmdar Cəmiyyətinə məxsus olan dəmir yolu xəttinin Ermənistan hissəsinin bərpası məsələsində Rusiya ilə əməkdaşlığa tam hazır olduğunu bəyan edib. Onun nəyi: maliyyə və ya texniki dəstəyi nəzərdə tutduğu hələlik aydın deyil.
Artıq günün ikinci yarısında Bakıya qayıdandan sonra Əliyev prezident Putinlə telefonla danışıb. Yenə söhbət kommunikasiyalardan və dinc prosesin inkişafından gedib.
Əliyev Lavrovla görüşündə nəqliyyat məsələsilə bağlı öhdəliklərin yerinə yetirilməsini vurğulayıb, Rusiya qazının Azərbaycan vasitəsilə Ermənistana nəqlini, müharibədən sonra heç bir maneəsiz bərpa olunduğunu xatırladıb.
Lavrovun səfərinin gündəliyindəki ikinci vacib məsələ şübhəsiz ki, gələcək sülh prosesi olub. Belə ki, aprelin 14-də ATƏT-in Minsk Qrupunun həmsədrləri də birgə bəyanatda israrla bunun bərpasına çağırmışdılar.
Və sülh prosesinin əsas bəndi kimi DQ-nin statusu qalır. Halbuki, Yerevan istisna olmaqla, heç kim bu barədə açıq danışmır. Amma aprelin 28-də ABŞ dövlət katibi Entoni Blinkenin Əliyevə telefon etməsi ATƏT çərçivəsində sülh prosesinin sürətlənəcəyindən xəbər verir.
"Dövlət katibi regionda bütün insanların rifahı naminə Dağlıq Qarabağ münaqişəsinin uzunmüddətli siyasi nizamlanması ilə bağlı ATƏT-in Minsk Qrupu həmsədrlərinin danışıqlar aparmaq səylərinin davam etdirilməsinin vacibliyini vurğulayıb", - mətbuat üçün bəyanatda bildirilib.
Bu planda ABŞ, Rusiya və Fransanın mövqeyi harmoniya təşkil edir.
Baxmayaraq, Əliyev durmadan deyir ki, status məsələsi mövcud deyil və danışmağa heç bir şey yoxdur, ancaq Blinken ilə söhbətdə olduğu kimi, Lavrov ilə görüşdə də o qədər qətiyyətli olmayıb və mayın 10-da görüşün açıq hissəsində status probleminin olmadığını bir dəfə də dilə gətirməyib. Üstəlik, o, regionda davamlı sülhün bərqərarı üçün danışıqlar aparmağa hazır olduğunu bildirib. Reallıqda bu, o deməkdir ki, status məsələsi gündəlikdə durur və Azərbaycan özünün Qarabağ siyasətində bu məsələ ilə bağlı vasitəçilərin fikirlərini nəzərə alır.
Beləliklə, Azərbaycan tərəfinin 10 noyabr tarixli sazişin bəndlərinin icrasının ciddi şəkildə qrafik üzrə getdiyini bəyan etməsini Əliyevin Lavrovla görüşünün yekunu hesab etmək olar. Tərəflər saatlarını tutuşdurublar – siferblatların əqrəbləri verilmiş istiqamətdə və sürətdə hərəkət edir - yol çəkilir, danışıqlar prosesi hazırlanır. Əliyev Lavrovla söhbət edəndə onun saatının əqrəbləri axşam saat doqquzu göstərib, ancaq söhbətin gedişi və xarici işlər nazirləri Lavrov və Bayramovun sonrakı birgə mətbuat konfransı ondan xəbər verir ki, Ermənistan-Azərbaycan probleminin nizamlanmasına hələ var.
Rəy yaz