Məqsədə doğru uzun yol

Azərbaycan prezidenti İlham Əliyev fevralın 6-da strateji tərəfdaşlıq sazişinin yeni layihəsinin müzakirəsi üçün Brüsselə gedəcək. Bu səfəri Azərbaycanda və Avropada fərqli görülən Məqsədə doğru uzun yol adlandırmaq olar.

Rəsmi Bakı Azərbaycan-Avropa münasibətlərinin Məqsədi kimi Azərbaycanın enerji daşıyıcılarının və digər mallarının Avropa bazarlarına çıxarılması üzrə əməkdaşlığın dərinləşdirilməsini, insanlar arasında əlaqələrin genişləndirilməsini, Avropanın ucuz maliyyə alətlərinə çıxışı görür. Bu istəklər Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin köhnə "təxirə salınmış demokratiya" konsepsiyasında əksini tapıb. Bu konsepsiya son iki ildə "müasirləşmə kursuna" çevrilib. Yəni rejim uzunmüddətli gələcəkdə və ilk növbədə iqtisadi sahədə avtoritarizmin tədricən demokratiyaya keçidini nəzərdə tutur.

Avropa İttifaqı Məqsədi Azərbaycanda mümkün qədər tez azad seçkilər, hakimiyyət qollarının bölgüsü, qanunun aliliyi, insan hüquq və azadlıqlarına hörmət kimi demokratik ənənələrin bərqərar olmasında görür. Məqsədə bu baxış konsepsiyası 2016-cı ilin fevralında Avropa Komissiyasının vitse-prezidenti Federika Mogerininin Bakıya səfəri zamanı səslənib. O bildirib ki, Aİ uzunmüddətli inkişafa və firəvanlığa gedən yolun açıq cəmiyyətdən və azadlıqlara hörmətdən keçdiyini hesab edir.

Bir Məqsədə iki tamamilə fərqli yanaşmanı nəzərə alaraq, belə bir nəticəyə gəlmək olar ki (Azərbaycan hakimiyyətinin səmərəsiz addımları başqa seçim qoymur), Əliyevin masasında olan strateji tərəfdaşlıq layihəsi haqqında həqiqət bunların ortasındadır.

Onun əsasında Aİ və "Şərq Tərəfdaşlığı" (ŞT) proqramına üzv ölkələr arasında əməkdaşlıq haqqında təkliflər durur. Bu təkliflər 2015-ci il mayın 22-də ŞT sammitinin Riqa bəyannaməsində əksini tapıb. Buraya dörd komponent daxil idi: 1. Müəssisələrin möhkəmləndirilməsi və səmərəli idarəetmə, 2. Mobillik və insan əlaqələri, 3. Bazar imkanları, 4. Qarşılıqlı əlaqələr.

Rejimin iqtisadi böhan və Qərbin ardıcıl təzyiqi ilə şərtlənən zəifliyini nəzərə alaraq, onlara qanunun aliliyi, vətəndaş cəmiyyətinin azadlıqlarının genişləndirilməsi, insan hüquqlarının və söz azadlığının müdafiəsi kimi komponentlərlə tamamlamaq olar.

1996-cı ildə əməkdaşlıq haqqında birinci sazişin imzalandığı andan etibarən Aİ və Azərbaycan arasında münasibətlər gərgin olub, xüsusən enerji sahəsi istisna olmaqla, ölkənin Avropa siyasi və iqtisadi məkanına inteqrasiyasına hər yolla mane olan İlham Əliyevin hakimiyyəti dövründə. ŞT iştirakçısı olan ölkələr sırasında Azərbaycanın autsayder mövqeyi və çox vaxt Qərb sivilizasiyası, dəyərləri və gerçəkləri haqqında qəzəbli şəkildə danışan Əliyevin ritorikası buna dəlalət edir.

Azərbaycan həmişə Aİ ilə əvvəlcə assosiativ üzvlük, daha sonra müasirləşmə və nəhayət tərəfdaşlıq haqqında sazişlərin imzalanmasını təxirə salmağa müvəffəq olub, bu uzatma strategiyasında Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində rolu və postsovet məkanında Aİ-nin nüfuzunun genişlənməsində maraqlı olmayan Kremlin təzyiqi mövzularından istifadə edib.

Bu gün hər iki məsələ o qədər də aktual deyil. Birincisi, Avropa marşrutlarının enerji təminatının diversifikasiyası qismən həyata keçirilib və qismən yekunlaşma və inkişaf mərhələsindədir və artıq onda Azərbaycanın yeri öhdəliklərlə təsbit olunub. İkincisi, böhranın zəiflətdiyi Rusiya özü Qərb institutlarının iştirakı ilə öz müasirləşməsi planını nəzərdə tutur ki, bu da gizlincə onun özünün Avropaya inteqrasiyası prosesindən xəbər verir. Hər iki kart Əliyevin Aİ ilə inteqrasiyanı gecikdirmək zərurəti haqqında əks arqumentləri dəstəsindən düşür, amma onun klassik "İsveçrə dəstəsi"ndən hələ 34 kartı qalıb.

Rəy yaz

Analitika

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti