https://vk.com/club113789932

https://vk.com/club113789932

Şəkərbura, səməni, şamlar, rəngli yumurtalar, paxlava, tonqalın üzərindən atılmaq  Novruz (Yeni gün) bayramının- gecə-gündüz bərabərliyinin  ənənələridir. Bunlarda azərbaycanlıların zərdüştilik ənənələri görünür.

Zərdüştilik Zərdüşt peyğəmbərin adını daşıyan Zərdüştizm (Zaratuştra, Zərdüştilik) e.ə. birinci minillikdə monoteist (təkallahlıq) dinlərdən biri olaraq meydana çıxıb. Alimlər Zərdüştün doğulduğu yer ilə bağlı mübahisə edirlər. Lakin çoxu onun eramızdan əvvəl 6-5-ci əsrlərdə indiki İran Azərbaycanı ərazində anadan olduğunu hesab edir.

İranlı astronom Z.Bəhruz Zərdüştin “iman qazandığı” dəqiq tarixi hesablayıb - e.ə. 738-ci il. Müasir azərbaycanlıların əcdadlarının hər il martda- gecə-gündüzün bərabər olduğu gündə təbiətin oyanması ilə birlikdə gələn yeni ili də bayram etməsindən 2020 + 62 = 2082 il keçib.

Zərdüştiliyin əsas üç prinsipi var: “Xoş düşüncələr - xoş sözlər – xoş əməllər”.

Zərdüştilik Qafqazda yayılmışdı, lakin sonradan xristianlıq, sonra isə islam tərəfindən sıxışdırıldı. Maraqlıdır ki, 4-cü əsrdə xristianlığı qəbul etmiş gürcülərdə Acarıstan istisna olmaqla, zərdüştlük ənənələri saxlanılmayıb. Acarıstanda Yeni il Günəş təqviminə görə qeyd olunur. Gürcüstan tarixinə görə, zərdüştlük xristianlıqdan əvvəl üstün olub və onun mərkəzi 4-cü əsrdən Gürcüstan pravoslavlığının paytaxtı olmuş Msxeta olub.

Nadir erməni mənbələri erkən erməni xristianlığı ilə zərdüştilik arasındakı əlaqələr haqda yazırlar, lakin bu, düşmənçilik əlaqələridir. Gec antik dövründə Ermənistan Bizans imperiyası və Sasani İranı tərəfindən sıxışdırıldı. Şahənşah II Yezdəgirdin dövründə Ermənistanda zərdüştilik və məzhəbçilik fəallaşmağa başladı ki, bu da əhalinin böyük hissəsində ciddi etirazlara səbəb oldu. 449-cu ildə Artaşat Katedralındə xristian ruhaniləri və erməni knyazlar Yezdəgirdin zərdüştiliyin qəbul edilməsi tələbi ilə bağlı müraciətinə cavab verdilər ki, iman məsələlərində yalnız özlərinin Allahına (P. İ.Javoronkov, “Pravoslav ensiklopediyası”) inanırlar.

Zərdüştilər Ahura Mazda Allahına ibadət edirlər ki, bu, fars dilindən tərcümədə “müdrik Allah” deməkdir. Ahura Mazda görünməz və qeyri-maddidir, o, kainatın və bütün canlının böyük yaradıcısıdır, yalnız onun köməyilə aydınlığa çıxmaq olar. Məhz buna görə də zərdüştilər öz ayinlərində işıq və aydınlığın simvolu olan alovdan istifadə edirlər, bu da şər və cahillik simvolu olan qaranlığa qarşı çıxır. Zərdüştilərin oda sitayiş etdiyini düşünmək yalnışdır.

Zərdüştilər üçün məcburi olan gündə beş dəfə (günəş doğmadan öncə, günorta, günəş batmadan öncə, qürub çağı və gecə ibadəti) ibadət etməkdir ki, bu da İslamda ibadətlərin ardıcıllığına çox bənzəyir. İbadətdən öncə dəstəmaz almaq lazımdır. Və burada yenə də  müsəlmanların dəstəmaz almaq ayini ilə müqayisədən çəkinmək çətindir.

Zərdüştilər inanırlar ki, ölümə gedənlərin hamısı Yer üzündəki yolun sonunda Ahura Mazdanın ali və yeganə ədalətli məhkəməsi qarşısında dayanacaq. Uçurumun üzərindən Cəhənnəmə körpü çəkiləcək, digər tərəfdə isə Cənnət bağları olacaq. Bu körpü əməli- salehlər üçün geniş və davamlı, əməli- saleh olmayanlar üçün  bıçaq tiyəsi kimi kəskin olacaq.  Suçlular onun üstündə davam gətirməyərək Cəhənnəmin atəşli qucağına düşəcəklər və əbədi orada qalacaqlar. Zərdüştilərin Qiyamət günü haqqında təsəvvürü belədir. Müqəddəs Quranda belə bir şeyin olmamasına baxmayaraq, islam ənənəsinə görə,  “sırat əl müstakim” (sözün hərfi mənasında birbaşa yol) şərhlərdə məhz belə bir körpü kimi, əməli- salehlər üçün geniş, günahkarlar üçün dar görünür.

Zərdüştilər əmindirlər ki, həm xarici, həm də daxili şeytan var ki, insanı pis danışığa və hərəkətə sövq edir. Burada həm də Adəmə səcdə etməkdən imtina edən və insan nəslini düz yoldan çıxarmağa and içən şeytanın olması barədə islam inancları ilə paralellər aparmaq istərdik, lakin hansısa  alter-eqo, şeytanın vəzifəsini   sadələşdirməyə qadir olan daxili səs mövcuddur.

Görünür, bununla əlaqədardır ki, 7-ci əsrdə İslamın gəlişi ilə zərdüştilik ənənələri İslamı qəbul edən xalqlar, məsələn, azərbaycanlılar tərəfindən saxlanılıb. Azərbaycanlılar Azərbaycanda məskunlaşmış köklü xalqların ümumi adıdır - bunlar türklər, talışlar, ləzgilər, avarlar, udinlər və başqalarıdır.

Azərbaycanlılar etnos olaraq Şərqi Qafqazın avtoxton tayfalarının (albanlar, udinlər, kaspilər, talışlar, leqlər, midyanlar, mannlar və b.) müxtəlif dövrlərdə gəlmiş hun, oğuz, qıpçaq tayfaları ilə tədricən birləşməsi nəticəsində yaranıb.  Azərbaycan türk dili təxminən X-XIII əsrlərdə azəri dilini (Hind-Avropa ailəsinin İran qolu dili) əvəzlədi. Danışıq və mədəniyyətinə görə etnoqrafik qruplar fərqlənir: qarapapaqlar, padarlar,  ayrımlar,  afşarlar və b. Moskva Universitetinin Vestnik jurnalı. Seriya 23. QAFQAZ TÜRKLƏRİ: Y-XROMOSOM MƏLUMATLARINA GÖRƏ GENOFONDLARIN MÜQAYİSƏLİ TƏHLİLİ

Ləzgilər bayramı “Yaran-Suvar”, lakslar “İnt daydihu”, kumıklar “Şatman”, avarlar “İx çIarab kyo” adlandırırlar. Bayram Dağıstanda dövlət səviyyəsində qeyd olunur.
Hər il Bakıda Novruz məşəli Qız qalasının ətəyində dövlət başçısı tərəfindən yandırılır. Azərbaycan memarlıq tarixçisi Davud Axundov Bakıda bu heyrətamiz tikilinin zərdüştilər üçün ibadət yeri kimi əhəmiyyətini əsaslandırıb. Hətta yazırlar ki, Zərdüştün dəfn edildiyi və indiyə qədər tapılmamış yer Qız qalasının özülündə yerləşir. Onu atəşpərəstliyin banisinin məzarı üzərində inşa ediblər.

20 mart – gecə və gündüzün bərabərləşdiyi günün, yəni Yeni ilin gəlişinin bayram edilməsi qışın son dörd çərşənbə axşamı ilə başlayır. Hər çərşənbə axşamı ardıcıllıqla dörd elementdən birini simvollaşdırır: su, od, yel (külək) və torpaq. Onların hər biri evlərdə qeyd olunur. Niyə çərşənbə axşamları? Müqəddəs yazılara görə, Allah tərəfindən dünyanın yaradılması Çərşənbə axşamı başlayıb.

İkinci çərşənbə axşamı (od çərşənbəsi) tonqal qalanır (həm də gecə və gündüzün bərabərləşdiyi gün qalanır). Tonqalın üzərindən atlanaraq “Ağırlığım, uğurluğum bu odda yansın!” deyirlər. Beləliklə, ötən ilin pisliklərindən təmizlənmə və alovun enerjisi ilə güclənmə baş verir. Bu ritualı yerinə yetirənlər keçmişin neqativ hallarından rahatlandığını hiss etməyə bilməz. Tonqalı söndürmək olmaz. O, özü sönüb külə çevrilməli, sonra havaya sovrularaq ev-eşikdən  uzaqlaşmalıdır. Onunla birlikdə bütün bədbəxtliklər və çətinliklər də arxada qalır..

Rəy yaz

Analitika

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti