ria.ru
Parlament seçkiləri Paşinyanın əsas sınağı olacaq
Ermənistanın baş naziri Nikol Paşinyan 10 dekabr parlament seçkilərinə yol açmaq üçün oktyabrın 15-də istefa verəcəyini elan edib. Bu, ölkədə cənab Paşinyanın yenə xalqın güclü dəstəyi sayəsində qalib gəldiyi növbəti siyasi qarşıdurmadan sonra baş verir.
Cənab Paşinyan baş nazir olsa da, parlamentdə o, nəzarət edən əksəriyyətə malik deyil. Keçmiş Respublika Partiyası əksəriyyətə məxsusdur. Milliyyətçi daşnaklarla birlikdə onlar Paşinyanın dekabrda ilkin seçkilər keçirmək qərarının qarşısını almağa çalışaraq, parlamentdə birgə düzəliş təklif ediblər. Baş nazir bu addımı "təşəkkül prosesində əks inqilab" adlandırıb və tərəfdarlarını küçələrə çıxaraq Respublika Partiyasına təzyiq göstərməyə çağırıb. Bir neçə saat ərzində yüz minlərlə insan Yerevanda mərkəzi meydana çıxıb və parlament binasını mühasirəyə alaraq, tezliklə seçkilər keçirilməsini tələb ediblər. İctimai təzyiq keçmiş hakim partiyanı və onun müttəfiqlərini geri çəkilməyə məcbur edib və nəticədə onlar vaxtından əvvəl seçkilərə razılaşıblar.
Bahar inqilabından sonra yeni baş nazir və onun komandası korrupsiyaya qarşı mübarizə və böyük biznes qurumlarından vergilərin yığılması kimi islahatlar həyata keçirməyə başlayıb. Bu islahatlarda əsas hədəf keçmiş hakim klan olub. Keçmiş önəmli siyasətçilərin və nazirlərin həbsi, görünür, köhnə elitanı qorxudub, o, ölkədə həm iqtisadi, həm də siyasi nüfuzunu itirməyə başlayıb. Köhnə elita islahatları pozmağa çalışıb, amma son nəticədə Paşinyan xalqın dəstəyi ilə bu addımları zərərsizləşdirib. Öz növbəsində, baş nazir başa düşür ki, yeni seçkilər olmadan bütün zəruri təcili siyasi və iqtisadi islahatları həyata keçirmək mümkün deyil. Vətəndaşların güclü mandatı onun seçkilərin keçirilməsi üzrə mövqeyini möhkəmləndirər. Sentyabrda partiyanın namizədi Yerevan meri seçkilərində qələbə qazandıqdan sonra Paşinyan daha da əmin olub ki, milli miqyasda seçkilər keçirməyin vaxtı çatıb.
Əsas demokratikləşmə imtahanı
Paşinyan istefa verdikdə Ermənistan həssas bir dövrə qədəm qoyacaq, bu dövr demokratikləşmə, şəffaflıq, yaxşı idarəetmə və legitimlik üçün həlledici olacaq. Keçmiş hakim klan Rusiyanın koordinasiyası ilə seçkilər prosesini pozmağa çalışa bilər. Rusiyanın mövqeyi də prosesin önəmli aspekti olacaq. Görünür, Kreml Ermənistanda bu yaxınlarda baş vermiş dəyişikliklərdən çox narahatdır. Azərbaycanla əlaqələrini möhkəmləndirən Moskva Dağlıq Qarabağ münaqişəsi çərçivəsində Ermənistanda əsas qüvvə olaraq qalmaq qətiyyətin nümayiş etdirməyə çalışır. Nikol Paşinyan Ermənistanın xarici siyasətini şaxələndirərək, Rusiyadan tamamilə asılı olmamaq cəhdini nümayiş etdirib. Ermənistanın Avropa İttifaqı və xüsusən Fransa ilə əlaqələri möhkəmlənir.
Azad və ədalətli seçkilərin keçirilməsi üçün zəruri olan neytral seçki komissiyasının təmin edilməsi daha bir mühüm məsələ olacaq. Ermənistanın bu dövrü necə keçəcəyi məlum deyil, amma bir şey aydındır: insanlar iki dəfə əvvəlki sistemə qarşı böhran anlarında Paşinyanı dəstəkləməklə dəyişiklik istədiklərini nümayiş etdiriblər. Bu, üçüncü dəfə seçki qutuları vasitəsilə sınanacaq.
-
- İqtisadiyyat
- 15 Oktyabr 2018 13:42
-
- Maliyyə
- 15 Oktyabr 2018 14:23
Analitika
-
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin Ermənistana rəsmi səfəri vacib diplomatik addım və iki ölkə arasında münasibətlərdə dönüş nöqtəsi oldu. Prezident Tokayevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında aprelin 15-də keçirilən görüşdə əməkdaşlığın gücləndirilməsi və iki ölkə arasında davam edən gərginliyin azaldılmasına yönəlmiş birgə bəyanat imzalanıb.
Rəy yaz