Aliyev and Pashinyan in Dushanbe

Aliyev and Pashinyan in Dushanbe

Çoxları Azərbaycana növbəti dəfə Rusiya silahlarının ixracı haqqında razılaşma əldə edilməsini görüşün gündəliyinin ayrıca bir məsələsi hesab edirdilər. Buna Bakıda keçirilən ADEX-2018 müdafiə sərgisi əsas verib, sərgidə Rusiya stendi aparcı stendlərdən biri idi. Daha əvvəl Rusiya Azərbaycana 5 mlrd.-lıq silah ixrac edib və qeyri-rəsmi görüşlərdə bu məbləğə yaxın növbəti sövdələşmənin hazırlandığı deyilir.

Amma Putin səfəri zamanı hərbi əməkdaşlığın aspektləri haqqında bir kəlimə belə danışmayıb, açıq-aşkar ticari-iqtisadi əlaqələrin genişləndirilməsinin mülki aspektinə diqqət çəkib. O, hətta bunu çoxlarının gözlədiyi kimi müdafiə sərgisinin açılışına deyil, Azərbaycan-Rusiya biznes forumuna gəlməsi, burada əməkdaşlığın əsas prioritetlərini müəyyən etməsi ilə vurğulayıb.

Rusiya liderinin çıxışlarından göründüyü kimi, bu prioritetlər sentyabrın 1-də Azərbaycan prezidentinin Rusiyaya işgüzar səfəri zamanı səslənmiş Putin və Əliyevin Soçi görüşünün konspekt təkrarı idi.

Soçidə tərəflər 2024-cü ilə qədər iki ölkənin əməkdaşlıq konturlarını müəyyən ediblər.

Razılaşmalar qismən 2024-cü ilə qədərki dövr üçün Rusiya Federasiyası Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında Əməkdaşlıq Proqramında və Rusiya-Azərbaycan əməkdaşlığının əsas istiqamətlərinin inkişafı üzrə Fəaliyyət Planında (5 "yol xəritəsi") təsbit edilib. Onlara ticarət və qarşılıqlı investisiyaların artırılması, nəqliyyat marşrutlarının yaradılması və müxtəlif sahələrdə, o cümlədən mədəniyyət, turizm mübadiləsi, habelə neft sektorunda qarşılıqlı humanitar fəaliyyətin genişləndirilməsi daxildir.

Putin və Əliyevin biznes-forumda faktiki iştirakını iki ölkə biznesmenlərinin bütün qarşılıqlı fəaliyyətlərinə təqdir və razılıq aktı və Soçi razılaşmalarında əsası qoyulmuş layihələrə start verilməsinin siqnalı hesab etmək olar.

Diqqət yetirmək lazımdır ki, Əliyev həm Soçidə, həm də Bakıda yüksək əhval-ruhiyyədə idi, bu, Moskvanın Azərbaycan və onun administrasiyası ilə bağlı hazırki mövqeyinin konstruktiv-dost mövqeyi kimi qəbul edildiyi haqqında nəticə çıxarmağa imkan verir.

Bu konstruktivlik iki amilə əsaslana bilər:

1. Yuxarıda qeyd edilmiş Soçi razılaşmalarının həyata keçirilməsi.

2. Qarabağ münaqişəsinin Azərbaycanın maraqlarına uyğun olan koordinatlar sistemində həlli.

Baxmayaraq ki, Qarabağ nizamlanması haqqında da Putin açıq-aşkar heç nə deməyib, amma nəzərə almaq lazımdır ki, bu gün bu məsələ Əliyev üçün ən problemli məsələdir və o, öz siyasətində bu məsələnin həllini həmişə xarici maraqların və Azərbaycandakı layihələrin həyata keçirilməsi ilə əlaqələndirib. Bu halda Putinin Bakıya səfəri ikitərəfli münasibətlərin ticari-iqtisadi cəhətdən inkişafı müqabilində Kremlin regionda böyük nüfuzundan istifadə edərək, Qarabağ probleminin həlli üçün səy göstərməyə hazır olduğunu göstərə bilər. Sentyabrın 28-də Düşənbədə dövlət və hökumət başçılarının sammitində bir müddət əvvəl qərargah manevrləri və qarşılıqlı təhdidləri mübadilə edən Əliyev və Paşinyanın birdən-birə ayaqüstü münaqişə zonasında təhlükəsizlik səviyyəsinin artırılması barədə razılıq əldə etməsi bunun xeyrinə olan bir faktdır. Əliyev-Paşinyan razılaşmalarından sonra düşmən orduların təmas xəttində atəşkəs rejiminin operativ şəkildə bərqərar edilməsi bunun boş təminatlar olmadığını göstərdi. İndi bunun nə qədər davam edəcəyi, göründüyü qədər, ATƏT-in Minsk Qrupu çərçivəsində münaqişənin həlli üzrə üzərinə əlavə səylər götürərək, ABŞ və Fransanı arxa plana itələyən Rusiyadan asılıdır. Rusiyanın hazırki vasitəçiliyi Rusiya-Azərbaycan münasibətlərinin yeni dinamikası - həm dərinliyi, həm də davamlılığı üçün test ola bilər.

Rəy yaz

Analitika

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti