medpuls.net
8 ayda nikaha girmək istəyən 105 nəfərdə QİÇS tapılıb
Bakı/13.09.18/Turan: 2018-ci il yanvarın 1-dən avqustun 31-dək nikahdan öncə 93 min 138 nəfər tibbi müayinədən keçib.
Səhiyyə Nazirliyi Mətbuat Xidməti müayinədən keçənlərdə aşkar olunan xəstəliklərlə bağlı məlumatları açıqlayıb.
Nazirliyin məlumatına görə, 93 min 138 nəfərdən 2 min 773 nəfərdə talassemiya daşıyıcılığı aşkar olunub.
Nigahdan əvvəl 242 nəfərdə siflis xəstəliyi aşkar olunub. 8 ayda nigaha gormək istəyənlərdən 105 nəfərdə isə HİV1/2 (QİÇS) xəstəliyinin qeydə alındıgı bildirilir.
Nazirlik 2015-ci ilin iyun ayından bəri 457 min 422 nikaha daxil olan şəxsin müayinədən keçdiyini qeyd edir. Onlardan 16 min 847 nəfərdə talassemiya, 1575 nəfərdə siflis, 387 nəfərdə isə HİV1/2 (QİÇS) aşkar edilib.
2015-ci ildə Azərbaycanda Ailə Məcəlləsinə dəyişiklik edilib.
Həmin dəyişikliyə əsasən 2015-ci ilin iyunundan nikaha daxil olmaq istəyən vətəndaşlar mütləq tibbi müayinədən keçməlidirlər.
Nazirlər Kabineti tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmə qaydalarını da təsdiqləyib. Həmin qaydalarda tibbi müayinə olunmalı xəstəliklərin siyahısı müəyyənləşdirilib.
Tibbi müayinələrin Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş dövlət və bələdiyyə tibb müəssisəsində pulsuz həyata keçirildiyi bildirilir.--0--
Cəmiyyət
-
Azercell “Həyatı daha dolğun edirik: Qadınlara Dəstək Proqramı” sosial layihə müsabiqəsi çərçivəsində layihənin qaliblərindən biri olan “Balans” İctimai Birliyi ilə bərabər Şəkidə qadın sahibkarlığını təşviq edən proqram həyata keçirib.
-
Yeni imzalanan "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı" indidən müzakirələrə səbəb olub. Sənəddə dövlət orqanları, təhsil və tibb müəssisələrinin iş rejiminin dəyişkən qrafikə əsasən təşkili nəzərdə tutulub.
-
Leysan yağışları nəticəsində Lənkəran şəhərinin bəzi rayonlarını, o cümlədən Girdəni, Kosalar və Şiləvar kəndlərini su basıb, bu barədə Azərbaycan FHN məlumat yayıb.
-
Azərbaycanın Milli Hidrometeorologiya Xidməti fevralın 7-də Bakıda və Abşeron yarımadasında dəyişkən yağıntılar və güclü şimal-qərb küləyinin üstünlük təşkil edəcəyini proqnozlaşdırır.
Rəy yaz