ABŞ müvəqqəti işlər vəkili Gubada benefisiarlarla görüşüb
29 iyul tarixində ABŞ müvəqqəti işlər vəkili Uilyam Gil və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) missiya direktoru Caydev Sinqx Azərbaycanın ilk sahibkar qadınlardan biri olan, Qubanın Alpan kəndində yerləşən USAID-in dəstəklədiyi xalça emalatxanasının rəhbəri Fatimat Ağamirzəyeva ilə görüşərək qadınların iqtisadi imkanları haqqında danışıblar. Həmin emalatxana Alpan və ətraf Uzunmeşə, Kürkün və Susay kəndlərinin qadınlarını işlə təmin edir, eyni zamanda yerli qadınlara toxuma sənətini öyrədərək Azərbaycanın qədim xalça toxuma ənənəsini qorumağa kömək edir. Bu xalça emalatxanası USAID-in Sosial-İqtisadi İnkişaf Fəaliyyəti adlı layihəsi çərçivəsində USAID-in və Azərbaycan hökumətinin birgə maliyyə dəstəyi ilə Azərbaycanın 105 müxtəlif icmasında icra olunan 120 layihədən biridir.
Həmçinin, 30 iyul tarixində müvəqqəti işlər vəkili cənab Gil və USAID-in missiya direktoru cənab Sinqx Qubanın Nüqədi kəndində Quba-Xaçmaz zonasının meyvə istehsalçıları üçün nəzərdə tutulmuş, USAID-in dəstəklədiyi yeni aqrar təlim mərkəzinə baş çəkiblər. Təlim mərkəzi istehsalçılara öz bağlarını təkmilləşdirməyə, meyvələri ziyanvericilərdən və xəstəliklərdən qorumağa, habelə Azərbaycanda məhsullara ciddi ziyan verə biləcək qəhvəyi qalxanlı zərərli bağacıqlar kimi böcəklərə nəzarət etməyə köməklik göstərir. USAID-in dəstəyi ilə regiondakı fermerlər yüksək sıxlığa malik yeni beş bağ salıblar ki, bunlar ənənəvi bağlardan fərqli 3-4 dəfə daha artıq məhsul verirlər. USAID-in aqrar sahəyə dəstəyi Azərbaycanın kənd təsərrüfatının məhsuldarlığını və rəqabətliliyini yüksəldir, bununla da Azərbaycanın qeyri-neft sektorunun inkişafını sürətləndirir. Xəbəri ABŞ səfirliyi yayıb.--0--
Cəmiyyət
-
Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi faktiki olaraq təsdiqləyib ki, Prezident İlham Əliyevin rəsmi təyyarəsi “Bakı-1” 25 dekabr tarixində Müstəqil Dövlətlər Birliyinin (MDB) qeyri-rəsmi sammitində iştirak etmək üçün Sankt-Peterburqa uçuş zamanı xarici texniki müdaxiləyə məruz qalıb. Bu açıqlama, hadisənin detalları və Rusiya hava məkanında GPS siqnalının itirilməsi ilə bağlı xəbərlər fonunda diqqət mərkəzinə düşüb.
-
Yardımlı rayonunun İranla sərhədində 20 kiloqram narkotik vasitə və psixotrop maddə aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupu bildirib.
-
Fevralın 6-da Bakıda və Abşeron yarımadasında günün birinci yarısında bəzi yerlərdə çiskinli yağış yağacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
-
Azərbaycanda yaxın günlərdə temperaturun kəskin enməsi və ölkə ərazisində fırtınalı, yağıntılı hava şəraitinin müşahidə olunacağı gözlənilir. Milli Hidrometeorologiya Xidməti bazar ertəsi bildirib ki, bəzi ərazilərdə intensiv yağıntılar, dağlıq və dağətəyi rayonlarda qar yağışı, yolların buz bağlaması və güclü külək proqnozlaşdırılır.
Rəy yaz