Açıq mənbələrdən foto
Jurnalist olmaq istəyənlər imtahan verəcək
Bakı/01.08.18/Turan: Ali təhsil müəssisələrinin jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər avqustun 6-da qabiliyyət imtahanı verəcəklər.
Dövlət İmtahan Mərkəzinin məliumatına görə, jurnalistika ixtisasına qəbul olmaq istəyənlər bu günün sonunadək qeydiyyatdan keçməlidilər.
Qeydiyyatdan keçən abituriyentlər test imtahanının nəticələrinə əsasən müvafiq müsabiqə şərtlərini ödəməlidilər. Onların topladıqları ümumi bal 200-dən çox olmalıdır. Bu şərti ödəyənlər gələn həftə təqdim olunan mövzu üzrə yazı işi (inşa) yerinə yetirməlidilər.
Tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün ilk dəfə müraciət edənlər üçün cari ildə "Jurnalistika" ixtisası üzrə yazı işində iştirak pulsuz, dövlət büdcəsinin vəsaiti hesabına olacaq. Digır abituriyentlər isə imtahana görə, ödəniş etməlidir.
DİM qabiliyyət imtahanı mərhələsində təklif olunacaq inşa mövzularını, onlara tələbləri də açıqlayıb.
Qabiliyyət imtahanları adətən, Bakı, Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Bərdə, Göyçay, Xaçmaz və Şirvan şəhərlərində təşkil edilir. 2.5 saat davam edən qabiliyyət imtahanlarına qatılan abituriyentlər seçilmiş 3 mövzudan biri üzrə inşa yazırlar.
DİM hələlik imtahanların keçiriləcəyi ünvanları açıqlamayıb.--0--
Siyasət
-
Fevralın 4-də Bakı Apellyasiya Məhkəməsi rusiyalı keçmiş hakim, Rusiya Prokurorluğunun vəsatətilə Azərbaycanda həbs edilmiş Yelena Xaxalevanı həbsdən azad edib.
-
Fevralın 4-də vəkil Zibeydə Sadıqova 1saylı Bakı İstintaq Təcridxanasında “Meydan” TV” işi üzrə həbs olunmuş müxbir Natiq Cavadlı ilə görüşüb.
-
Çərşənbə axşamı ABŞ prezidenti Donald Tramp ilk beynəlxalq qonağını - İsrailin baş naziri Binyamin Netanyahunu Ağ Evdə qarşılayıb.
-
Jurnalist Şəmşad Ağa gecə saatlarında polis tərəfindən saxlanılıb. Bu barədə jurnalistin qardaşı Şahid Ağayev Amerikanın Səsinə bildirib.
Rəy yaz