Açıq mənbələrdən foto

Açıq mənbələrdən foto

Bakı/15.05.18/Turan: Mayın 15-də dünyada Beynəlxalq Ailə Günü qeyd edilir. Bu, BMT Baş Assambleyasının 1993-cü ildə təsis etdiyi nisbətən yeni bayramdır. Bu tarixin əsas məqsədi geniş ictimaiyyətin diqqətini ailə institutunun çoxsaylı problemlərinə və çətinliklərinə çəkməkdən və böhran vəziyyətindən mümkün qədər tez çıxmaq üçün optimal həllər tapmaqdan ibarətdir.

Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Turan-a verilən məlumata görə, Azərbaycanın regionlarında beynəlxalq bayramla əlaqədar Azərbaycan ailəsinə xas adət-ənənələri və dəyərləri təbliğ edən tədbirlər keçirilib. QHT-lərlə birlikdə həyata keçirilən "Güc birlikdədir" və "Bütün ailə ilə birlikdə kitabxanaya" layihələrinin təqdimatı keçirilib. Bundan başqa, ailə dəyərlərinə, ailə problemlərinə, habelə ailə xoşbəxtliyinin sirlərinə həsr olunmuş ən yaxşı qısametrajlı film müsabiqəsi elan edilib. Onun nəticələri üç ay sonra elan ediləcək.

Rəsmi statistikaya görə, bu gün ölkədə 2 milyondan çox ailə var. 2016-cı ildə Azərbaycanda 66,8 min nikah və 13,1 min boşanma, 2017-ci ildə isə 62,9 min nikah və 14,5 min boşanma qeydə alınıb. Bu rəqəmlər boşanma təmayülünün artdığını göstərir.

Araşdırmalar göstərib ki, əvvəlki illərdən fərqli olaraq, hazırda ən çox beş ildən az nikahda olan cütlər boşanır. Söhbət nisbətən şüurlu yaşdaki insanlardan gedir, xüsusən, mütəxəssislər kişilər haqqında ən çox otuz yaşlarındaki kişilərin boşandığını qeyd edirlər.

Psixoloq Vəfadar Babazadə Turan-la söhbətində qeyd edib ki, ötən iyirmi ildə iqtisadi sahədəki dəyişikliklər respublikalarımızın demokrafik vəziyyətinə təsir etməyə bilməzdir. İnsanın həyat keyfiyyətinin pisləşməsi ailələrin vəziyyətini çətinləşdirib. Dəyişikliklər nikaha daxil olma yaşına, ailənin tərkibinə, bu ittifaqların formalarına təsir edib.

"Etiraf etməliyik ki, cəmiyyətin inkişafının keçid dövrü ilə əlaqədar onun müasir quruluşu ailəyə mənfi təsir göstərir. Qeyri-sabitlik, həddindən artıq yüklənmə, xroniki yorucu stres, işsizlik, aşağı əmək haqqı - bütün bu amillər ailənin dağılmasına şərait yaradır, insanların qəzəbli olmasına səbəb olur. Vəziyyət o dərəcədə gərginləşib ki, ailə böhranından danışmağa belə dəyər. Bu böhranın təzahürləri doğum sayının azalması, ailənin qeyri-sabitliyi, boşanmaların sayının artması, çox sayda uşaqsız ailələrin ortaya çıxması, uşaqlara qarşı amansız münasibət kimi göstəricilərdir", deyə mütəxəssis qeyd edir.

Dövlətin həyata keçirdiyi ailə siyasətinin səmərəsi azdır, daha çox rəsmi xarakter daşıyır. Rəsmi hesabatlarda göstərilən ölkədə ailələrin sosial rifahının yaxşılaşması haqqında bəyanatlara, qadınların və uşaqların müdafiəsi haqqında qanunvericilik aktlarının qəbul edilməsinə baxmayaraq, bu sahədə vəziyyət dəyişmir. Məişət zorakılığı, narkomanlıq ailələrin dağılmasının ən çox rastlanan səbəbləridir. Bu zaman çox vaxt qadınların ailə həyatındakı çətin dövrü keçirməyə yeri olmur: ev zorakılığı qurbanları üçün sığınacaqlar çatışmır.

"Nikahlılıq" səviyyəsinin kəskin şəkildə azalması və eyni zamanda vətəndaş nikahlarının və nikahdankənar doğuşların sayının fəal şəkildə artması da ailə böhranının göstəricisidir. Gənclər münasibətlərini rəsmiləşdirmədən birlikdə yaşamağa üstünlük verirlər, çünki ailənin maddi vəziyyətinə görə məsuliyyət daşımaq istəmirlər. İstənilən mübahisə ayrılıq üçün bəhanə ola bilər.

Ekspertlər qeyd edirlər ki, bu sahədə neqativ vəziyyət iqtisadiyyatda uğursuzluq, gənc ailələrə real dəstəyin olmaması ilə bağlıdır. Bu, iş, layiqli əmək haqqı, mənzillə təmin edilmə ilə bağlıdır. Həddindən artıq çox reklam olunan "İmtiyazlı mənzil" proqramı növbəti təhqir oldu. Axı bu mənzil aztəminatlı gənc ailələr üçün deyil, əhalinin məhdud kateqoriyası - məcburi köçkünlər, dövlət qulluqçuları və s. üçün nəzərdə tutulub. Həm də bu mənzilin qiyməti Bakının digər ucunda tikilmiş kommersiya mənzillərindən fərqlənmir.

Bir sözlə, ölkədə iqtisadi, onun ardınca sosial böhran cəmiyyətin nüvəsi olan ailə üçün əsl sınaq olub. Bütün bu mənfi hallar ailə dəyərlərinin ucuzlaşmasına gətirib çıxarıb. -0-

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti