Bakıda rekord istilik qeydə alınıb - +43 dərəcə
Bakı/10.08.17/Turan: Ekologiya Nazirliyinin sinoptiklərinin məlumatına görə, avqustun 9-da Bakıda +43 dərəcə rekord istilik qeydə alınıb. Həmin gün Abşeronda +41 dərəcə olub.
Əvvəlki rekord 2015-ci il avqustun 2-də qeydə alınmışdı - +41 dərəcə.
Ölkənin rayonlarında da +40 dərəcə, bəzi rayonlarda isə +43 dərəcə isti qeydə alınıb.
Həkimlərin məlumatına görə, son günlər Təcili Yardım Xidmətinə isti və ya günvurma şikayəti ilə 93 nəfər müraciət edib. 41 nəfər xəstəxanalara yerləşdirilib. -05D-
-
- İqtisadiyyat
- 10 Avqust 2017 12:13
Cəmiyyət
-
İstanbul Hava Limanında həyata keçirilən bir əməliyyat, diplomatik münasibətlərdə sarsıntı yarada biləcək bir hadisəni üzə çıxardı. Azərbaycan hərbi attaşesi olduğu iddia edilən Kəhrəman Şamil oğlu Məmmədov, 70 kiloqram qızıl ilə saxlanıldı. Türkiyə KİV-in məlumatına görə, Məmmədovun diplomat olması ilə bağlı açıqlamalarına baxmayaraq, hadisənin qızıl qaçaqmalçılığı ilə bağlı olduğu güman edilir.
-
Sərin bir noyabr axşamı, Bakının sakinləri Xəzər dənizinin sahilində toplaşaraq, sahilə vurulmuş nəhəng bir balinanın bədənini heyrətlə izlədilər. 16 metr uzunluğunda olan bu məxluqun cansız görünən forması və kəskin qoxusu bir çoxlarına ekoloji faciənin şahidi olduqlarını düşündürdü. Lakin bu gecə sirli qonaq artıq yox idi – yük platformasına yüklənərək hava limanına aparılmışdı.
-
Noyabrın 25-dən etibarən COP29 konfransı iştirakçılarına ayrılmış xüsusi avtomobil zolaqları öz eksklüziv statusunu itirəcək və bütün nəqliyyat vasitələri üçün açıq olacaq. Bu barədə Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
-
Noyabrın 24-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağıntısız keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, gündüz isə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.
Rəy yaz