Qiyas İbrahimov və atası məhkəməyə hörmətsizlikdə suçlanır
Bakı/28.09.17/Turan: "Heykəl məhbusu" kimi tanınan Qiyas İbrahimov və atası Həsən İbrahimova Cinayət Məcəlləsinin 289.2 maddəsi ilə cinayət işi qaldırılıb. Ata və oğul məhkəməyə hörmətsizlikdə suçlanırlar.
Bu haqda onların vəkili Elçin Sadıqov bildirib.
Onun sözlərinə görə, Həsən və Qiyas İbrahimovlar sentyabrın 27-də Ədliyyə Nazirliyinin istintaq idarəsində təqsirləndirilən şəxs qismində dindiriliblər.
"Həsən İbrahimov bildirdi ki, özünü təqsirli saymır. Sadəcə, hakimin qanunsuz hərəkətlərinə etiraz etdiyini dedi. Daha sonra Qiyas İbrahimovun özünə qarşı 289.2 maddəsi ilə ittiham elan olundu. O da özünü təqsirli saymadığını bildirdi", - vəkil deyir.
Elçin Sadıqov ekspertiza rəyləri ilə tanış olduğunu, ancaq "qərəzli və birtərəfli" hazırlandığından ondan narazı qaldığını da söyləyib.
"Ekspertiza rəyində Həsən İbrahimovun hakimə müraciətlə "Balalarınızın qarşısına çıxacaq" fikri məhkəməyə təhqir kimi qiymətləndirilib. Bununla razı deyilik", - vəkil izah edir.
Elçin Sadıqov istintaqın gələn həftə başa çatacağını və işin məhkəməyə göndəriləcəyini bildirir.
NİDA Vətəndaş Hərəkatının üzvləri Qiyas İbrahimov və Bayram Məmmədov 2016-cı il mayın 10-da Heydər Əliyevin abidəsinin üzərində "Qul bayramınız mübarək" yazdıqdan sonra həbs olunublar. Ancaq onlar qanunsuz narkotik maddə dövriyyəsində ittiham olunaraq 10 il azadlıqdan məhrum ediliblər.
"Amnesty International" təşkilatı Qiyas İbrahimov və Bayram Məmmədovu vicdan məhbusu elan edib. Təşkilat hesab edir ki, gənclərə qarşı narkotik ittihamı saxtalaşdırılıb.
Amma hakimiyyət təmsilçiləri onların siyasi məhbus olmasını qəbul etmir, konkret cinayətlərə görə cəzalandırıldığını bəyan edir.
Bu il iyulun 13-də Qiyas İbrahimovun atası Həsən İbrahimov İstintaq İdarəsinə çağrılıb və ona qarşı cinayət işi açıldığı bildirilib. Cinayət işi Bakı Apellyasiya Məhkəməsində Qiyas İbrahimovun işinə baxmış hakim Vüqar Məmmədovun şikayəti əsasında başlanıb.
Məhkəmədə hakim Qiyas İbrahimovun sözünü kəsəndə atası əsəbiləşərək "Ənvər Seyidovun başına gələnlər sizin də başınıza gəlsin. Balalarınızdan görəsiz..." deyib.-0==
-
- İqtisadiyyat
- 27 Sentyabr 2017 16:56
-
- Cəmiyyət
- 28 Sentyabr 2017 10:16
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz