Vəkillər Gözəl Bayramlı və Əfqan Muxtarlının azad edilməsinə çalışırlar
Bakı/19.08.17/Turan: Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Gözəl Bayramlının və jurnalist Əfqan Muxtarlının vəkilləri məhkəmənin onlar barəsində həbs qətimkan tədbirinin 2 ay uzadılması haqqında qərarlarından apellyasiya şikayəti veriblər. Bu barədə Turan-a hər iki təqsirləndirilən şəxsin vəkili Zibeydə Sadıqova bildirib.
Onun sözlərinə görə, şikayətlər Nəsimi rayon məhkəməsinin 17 avqust tarixli qərarlarından verilib.
Müdafiə tərəfi hesab edir ki, məhkəmənin qərarları əsassızdır və arqumentlərlə əsaslandırılmayıb, bir halda ki, prosessual qanunvericilik təqsirləndirilən şəxslərin həbsdə saxlanmasının əsaslılığının və zəruriliyinin əsaslandırılmasını tələb edir.
Şikayətlərdə qeyd edilir ki, həm milli, həm də beynəlxalq qanunvericiliyə əsasən, həbs müddətinin uzadılması üçün aşağıdakı 4 əsas olmalıdır: təqsirləndirilən şəxsin istintaqdan gizlənməsi ehtimalı, onun istintaqa mane olması təhlükəsi, şəxsin təkrar cinayət törətməsinin qarşısının alınması və ictimai asayişin qorunması zərurəti.
Vəkil hesab edir ki, Bayramlı və Muxtarlı ilə bağlı bu əsasların heç biri yoxdur.
Müdafiə tərəfi məhkəmədən həbs müddətinin uzadılması haqqında qərarı ləğv etməyi və hər iki təqsirləndirilən şəxsi həbsdən azad etməyi xahiş edir.
* Bayramlı mayın 25-də Gürcüstandan qayıdarkən saxlanılıb. Onu qaçaqmalçılıqda, xüsusən bəyan edilməmiş 12 min dolları keçirməyə cəhddə ittiham ediblər. Ona qarşı qaçaqmalçılıq haqqında cinayət işi açılıb. Mayın 27-nə keçən gecə məhkəmə onun həbsi haqqında qərar çıxarıb. Bayramlı özü irəli sürülmüş ittihamları təkzib edib və siyasi motivli adlandırıb.
** Muxtarlı mayın 29-da Tbilisidə oğurlanıb və Azərbaycana gətirilib, burada ona qarşı sərhədi qanunsuz keçmə, qaçaqmalçılıq və sərhədçiyə qarşı güc tətbiq etmə ittihamları irəli sürülüb. O, ittihamları təkzib edib. Amnesty İnternational onu "vicdan məhbusu" kimi tanıyıb. -0B06-
Cəmiyyət
-
Abşeron rayonundakı müəssisələrdən birində baş verən insident nəticəsində bir Hindistan vətəndaşı ölüb, digəri xəsarət alıb. Bu barədə yanvarın 13-də Azərbaycan Baş Prokurorluğu məlumat yayıb.
-
Yeni nəqliyyat proqramı çərçivəsində paytaxtın ekoloji cəhətdən təmiz, sürətli və birləşdirici ictimai nəqliyyat sistemi olaraq metropolitenin daha geniş əhatə dairəsinə malik olması hədəflənib.
-
Çərşənbə axşamı Bakıda hava şəraiti dəyişkən buludlu olacaq. Gündüz bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-6 dərəcə isti, gündüz 7-9 dərəcə isti olacaq. Nisbi rütubət 70-80% təşkil edəcək.
-
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti yanvarın 13-nə olan hava proqnozunu açıqlayıb. Ölkə üzrə mülayim hava şəraiti gözlənilir.
Rəy yaz