�Yeni Çağ� portalının redaktoru saxlanılıb və azadlığa buraxılıb
Bakı/01.08.18/Turan: "Yeni Çağ" informasiya portalının redaktoru, iyulun 30-da DİN-in mütəşəkkil cinayətkarlığa qarşı mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılmış Aqil Ələsgər avqustun 1-də azad edilib.
Ələsgərin saxlanıldığı barədə qohumları Mətbuat Şurasının sədri Əflatun Amaşova məlumat veriblər, o, jurnalistin harada saxlanıldığını müəyyən edib. Amaşov saxlanılan şəxsin doğmalarına Ələsgərə hüquqi yardımın təmin edilməsinə kömək edəcəyini vəd edib.
Avqustun 1-də səhər Ələsgər azad edilib. "Yeni Çağ"ın redaksiyasında onun saxlanılmasının səbəbini bilmirlər. Redaktor özü də hər hansı bəyanat verməyib. -0-
-
- Sual-cavab
- 1 Avqust 2018 16:30
-
- İqtisadiyyat
- 1 Avqust 2018 16:45
Cəmiyyət
-
Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi faktiki olaraq təsdiqləyib ki, Prezident İlham Əliyevin rəsmi təyyarəsi “Bakı-1” 25 dekabr tarixində Müstəqil Dövlətlər Birliyinin (MDB) qeyri-rəsmi sammitində iştirak etmək üçün Sankt-Peterburqa uçuş zamanı xarici texniki müdaxiləyə məruz qalıb. Bu açıqlama, hadisənin detalları və Rusiya hava məkanında GPS siqnalının itirilməsi ilə bağlı xəbərlər fonunda diqqət mərkəzinə düşüb.
-
Yardımlı rayonunun İranla sərhədində 20 kiloqram narkotik vasitə və psixotrop maddə aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupu bildirib.
-
Fevralın 6-da Bakıda və Abşeron yarımadasında günün birinci yarısında bəzi yerlərdə çiskinli yağış yağacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
-
Azərbaycanda yaxın günlərdə temperaturun kəskin enməsi və ölkə ərazisində fırtınalı, yağıntılı hava şəraitinin müşahidə olunacağı gözlənilir. Milli Hidrometeorologiya Xidməti bazar ertəsi bildirib ki, bəzi ərazilərdə intensiv yağıntılar, dağlıq və dağətəyi rayonlarda qar yağışı, yolların buz bağlaması və güclü külək proqnozlaşdırılır.
Rəy yaz