![Köhnə plana yeni taktiki format](https://turan.az/resized/media/2019/main/111400023066-750-500-resize.webp)
Köhnə plana yeni taktiki format
Hər halda,Türkiyə-ABŞ münasibətlərinin tarixində prezident Erdoğanın son səfəri ərəfəsindəki qədər hər şeyin bu qədər açıq mətnlə verildiyi dərəcədə şəffaflıq görünməmişdi.Səfərdən bir neçə gün əvvəl Milli təhlükəsizlik üzrə müşavir O”Brienın S-400-lərlə bağlı açıqlamasının istər ikitərəfli istərsə heyətlər arasındakı görüşlərdə dominant rolda olduğu ortaya çıxdı.Hər iki prezdeintin mətbuat konfransındakı açıqlamaları da bunu təsdiqlədi : “Türkiyənin S-400-ləri alması böyük çətinliklər yaradır.Bu gün də danışdıq, gələcəkdə də müzakirə edəcəyik.Bu problemi həll edəcəyimizə inanıram.Xarici işlər nazirlərimizin və təhlükəsizlik üzrə müşavirlərimizin S-400 məsələsi ilə bağlı çalışmaları üçün razılığa gəldik” (Donald Tump)
“Başda S-400 və F-35 proqamı olmaqla rastlaşdığımız problemlərin öhdəsindən ancaq dialoqla gələ bilərik.Prezidentə yenidən dedim ki,münasib təklif verilsə, “Patriot” ala bilərik” (Recep Tayyip Erdoğan)
Cümə axşamının gəlişi Çərşəmbədən məlum idi,Washington bunu gizləmədi,gizləməyə ehtiyac da hiss etmədi.Çünki Allahdan gizli olmayan və Rusiyanın da yaxşı bildiyi bir məsələni gizlətməyin mənası yoxdur.Zira Suriya çərçivəsindəki Ankara-Washington –Moskva münasibətlərinin fəlsəfəsini “Rusiyanın mümkün qədər başının qatılması” təşkil edir.Əsas paradiqma budur və Türkiyənin istədiyi hər şeyin Rusiya tərəfindən verilməsinə baxmayaraq,bu ana paradiqma ətrafındakı proseslərdə Ankara özünün köhnə müttəfiqi Washington ilə eyni çizgidə durur.Diqqət yetirin,Trump-Erdoğan görüşünün tarixi 1.5 ay əvvəl müəyyənləşdirilmişdi,bu 1.5 ayda yazılan ssenarilərin həddi-hüdudu olmadı,Konqres Türkiyəni təzyiq altına almaq üçün “erməni soyqırımı” qanun layihəsini qəbul etdi,PYD/YPG ilə müzakirələr aparması üçün Donald Trumpın Türk həmkarına yazdığı məktub ortaya çıxdı və s.Bunlar Trump-Erdoğan görüşündə nə dərəcədə gündəmə gəldi? Nəinki gündəmə gəlmədi hətta Türkiyənin əleyhində olduqları bilinən 5 senator heyətlər arası görüşə dəvət edilərək “senatda bəzi qərarların yaxın gələcək dəgündəmə gətirilməsi əngəlləndi” Necədir?
Şübhəsiz ki,bu görüşdən sonra nə qısa müddətdə S-400-lərlə bağlı problem(əgər problemdirsə) öz həllini tapacaq nə Türkiyə tezliklə F-35 proqramına geri qaytarılacaq nə də “Patriot” raketləri alınacaq.Açıqlamalarına jarqonuna , lütfən,diqqət edin: nazirlər,müşavirlər,problemlərin müzakirəsi üçün razılaşdıq və s.Yəni ipin üstünə un sərmək, yəni,”dialoqun davam etdirilməsi” nəqəratlarıyla köhnə müttəfiqə vaxt qazandırmaq.
Bəs hamı kimi bunu görən Rusiya nə edir,etməyi planlaşdırır,edə bilər?
Washingtonda görüşlər davam edərkən Suriyanın şimalındakı Qamışlı bölgəsində vertolyot bazası inşa etməyə başladığını açıqladı.Bu,Türkiyəyə üstü örtülü simvolik mesajdır,Suriyadakı kürd qruplarını dəstəkləməyə davam edəcəyinə Moskva bu şəkildə işarə edir.Çünki 1998-ci ilin oktyabrında Türkiyənin təzyiqi ilə PKK terror təşkilatının başçısı məhz gizləndiyi Qamışlı bölgəsindən çıxarılmış,oradan Moskvaya getmişdi.
Rusiya dəstəkli Suriya ordusu İdlibdə hərbi əməliyyatları yenidən şiddətləndirəcək,Türkiyə yenidən etiraz edəcək, prezident Erdoğan yenidən ya Moskvaya və ya Soçiyə gedəcək,qısa müddətli atəşkəs əldə ediləcək.Və üçlük (Ankara-Washington-Moskva) arasındakı bu qısa dövrə oyunu təxminən 2 aydan sonra gündəmə 2-3 yeni maddə əlavə edilərək davam edəcək.
Türkiyənin dərin dövləti bu proseslərin müəyyənləşdiricisi rolundadır.
-
- Siyasət
- 14 Noyabr 2019 23:54
Dünyada
-
ABŞ Prezidenti Donald Tramp qlobal yardımları dondurdu, o cümlədən Konqres tərəfindən müstəqil media və informasiya azadlığının dəstəklənməsi üçün ayrılmış 268 milyon dollardan çox vəsaitin istifadəsini dayandırdı. Sərhədsiz Reportyorlar (RSF) bu qərarı pisləyərək, qeyri-hökumət təşkilatlarını, media qurumlarını və jurnalistləri qeyri-müəyyən vəziyyətə saldığını bildirib. RSF beynəlxalq donorları müstəqil medianın davamlılığını təmin etmək üçün məsuliyyət götürməyə çağırıb.
-
Qazaxıstanın Daxili İşlər Nazirliyi xarici turistlər üçün yeni təhlükəsizlik təşəbbüsü tətbiq edib. Sərhəd nəzarətindən keçən hər bir qonağa xüsusi QR-kodlu kart təqdim olunur ki, bu da onları çoxdilli onlayn platforma olan SafeTravel.kz saytına yönləndirir.
-
Çərşənbə axşamı ABŞ Prezidenti Donald Tramp, İsrail Baş naziri Binyamin Netanyahu ilə birgə Fələstinlilərin Qəzzadan zorakılıqdan azad bölgələrə köçürülməsini dəstəkləyən əhəmiyyətli bir bəyanat verdi. Bu açıqlama, onların ətraflı müzakirələrindən əvvəl Ağ Evin mətbuat toplantısında verildi.
-
Humanitar işçilər, diplomatlar və qanunvericilər son günlər ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyində (USAID) baş verən ciddi pozuntuların səbəbini anlamağa çalışırlar. Agentliyin veb saytı əlçatan deyil, bəzi əməkdaşlar iş sistemlərinə giriş imkanını itirib və 100-dən çox işçi inzibati məzuniyyətə göndərilib, Reuters-ə məlumat verən mənbələr bildirib.
Rəy yaz