Qeyri-bank kreditləşməsi sektorunda köklü dəyişiklik yoxdur
Aprelin 1-i üçün Qeyri-bank kredit təşkilatlarının məcmu aktivləri 551,16 mln manatı (ilin əvvəli ilə müqayisədə +1,7%) keçib.
AMB-nin məlumatına görə, bu strukturların ümumi nizamnamə kapitalı 84,44 mln manatdır (+2%), ölkədə 203 filialları (+4,6%) var.
Kredit ittifaqlarının 55,1 mln manat aktivləri, 22,25 mln manat (+3,3%) ümumi nizamnamə kapitalı var. Beynəlxalq humanitar strukturların maliyyələşdirdiyi kredit təşkilatlarının aktiləri 464,12 mln manat, onların ümumi nizamnamə kapitalı 43,48 mln manatdır (+2,2%).
Digər QBKT-in aktivləri I rübdə 31,94 mln manat, ümumi nizamnamə kapitalı 18,71 mln manat, filialları 12 vahid olub.
AMB-nin məlumatına görə, 1 aprel üçün ölkədə 154 QBKT olub. Onların sırasında 113 kredit ittifaqı, beynəlxalq humanitar strukturların maliyyələşdirdiyi 40 kredit təşkilatı və "Aqrarkredit" QBKT var. --17D—
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz