Sahibkarların ödəniş qabiliyyəti xeyli azalıb
Mərkəzi Bank yanvar-martda 356,7 mln manat (ötən ilin eyni dövründəkindən 2,06 dəfə çox) pul emissiya edib.
AMB-nin məlumatına əsasən, banklara məcmu kassa mədaxili 9 mlrd 246 mln 597 min manat (+8,58%) olub. Fiziki və hüquqi şəxslərin bank əməliyyatları 5 mlrd 691 mln 754 min manat, hüquqi şəxslərin mədaxili 2 mlrd 81 mln 696 min manat (+31,96%), fiziki şəxslərin mədaxili 767 mln 351 min manat (artım 19,11%) olub.
Banklar vasitəsilə ümumi nağd vəsait xərcləri 8 mlrd 689 mln 354 min manat (+5,62%) təşkil edib. Fiziki və hüquqi şəxslərin əməliyyatı üzrə bank ödənişləri liderdir - 3 mlrd 733,25 mln manat (+8,98%). Ardınca bankomatlar vasitəsilə əməliyyatlar gəlir - 2 mlrd 643,22 mln manat (+18,25%).
Fiziki və hüquqi şəxslərin ödənişləri 10,36% azalaraq 2 mlrd 68,66 mln manat olub. --17D-
-
- İqtisadiyyat
- 9 May 2014 12:34
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz