Birgə Tədqiqat Müqaviləsi (BTM) Abşeron yarımadasının şımal-qərbindəki dayaz sulu ərazidə geoloji-geofiziki məlumatların dəyərləndirilməsinə yönəldiləcək. Bu haqda Statoil şirkətinin Bakı ofisi məlumat yayıb.
Statoil şirkətinin bu yaxınlarda Norveçdə, Tanzaniyada və Braziliyada apardığı yüksək effektiv dəniz kəşfiyyat işləri bizim bilik və bacarığımızı təsdiqləyir və texnologiyanın kəşfiyyat işlərində böyük potensial açmaq imkanına malik olduğunu sübut edir. “SOCAR ilə BTM həmçinin iki şirkət arasında əməkdaşlığın dərinləşməsində də vacib bir addımdır”, - Statoil şirkətinin beynəlxalq kəşfiyyat işləri üzrə vitse-prezidenti Nik Maden deyir.
“Statoil Azərbaycanda iyirmi ildən artıq fəaliyyət göstərir və biz bu BTM vasitəsilə Azərbaycanda Statoil üçün mümkün operatorluq funksiyasını daşıyacağımız yolda texnoloji və kəşfiyyat təcrübəmizi paylaşacağımızı səbirsizliklə gözləyirik”, - Lars Troen Sorensen qeyd edir.
“Biz Azərbaycanın kəşfiyyat potensialına malik olduğuna inanırıq. Biz Bakıdakı ofisimizdə Xəzər dənizinin Azərbaycan sektorunda yeni imkanların aşkar edilməsi ilə məşğul olan kəşfiyyat işçi qrupu yaratmışıq. Bu BTM hər iki şirkətdən ciddi öhdəlik götürməsini tələb edəcək”, - Sorensen əlavə edir.
* Statoil Azərbaycanda 1992-ci ildən fəaliyyət göstərir və ölkədə ikinci ən iri xarici investor hesab olunur. Statoil $5 mlrd artıq sərmayə qoymuşdur və “Azəri-Çiraq-Günəşli” (AÇG) neft yatağında 8,56%, “Şahdəniz” qaz yatağında 25,5 % pay bölgüsü ilə və müvafiq Bakı-Tbilisi-Ceyhan (BTC) və Cənubi Qafqaz Boru Kəməri (SCP) layihəsində tərəfdaşdır. --12D--
Rəy yaz