- İqtisadiyyat
- 7 May 2014, 12:38
- 180
VTB (Azərbaycan) fərdi sahibkarlar üçün yeni məhsul təklif edir
Bank VTB (Azərbaycan) bazara yeni məhsul - fərdi sahibkarlar üçün nəzərdə tutulmuş 15 000 manatadək olan “Kommersant-ekspress” krediti təqdim etmişdir. Kredit fiziki şəxslərin – fərdi sahibkarlar və ya şirkət rəhbərlərin zəruri istehlak tələbatlarını ödəmək üçün nəzərdə tutulmuşdur.
Məhsulun konsepsiyası müasir dövr üçün unikaldır. Belə ki, sahibkarlıq fəaliyyətinə yeni başlamış istənilən şəxs, yəni 6 aydan az olmayan müddətə biznes fəaliyyəti ilə məşğul olan şəxs müvafiq kreditdən istifadə edə bilər.
Bank VTB (Azərbaycan) ASC-nin pərakəndə biznesin inkişafı Departamentinin direktoru Tural Vəliyev: ““Kommersant-ekspress” krediti Azərbaycanda kiçik və orta sahibkarlığın istehlak tələbatını ödəməyə yönəldilmişdir. Sirr deyil ki, əksər sahibkarlar bütün vəsaitlərini biznesin genişləndirilməsinə yönəldir. Lakin bəzən şəxsi tələbatları ödəmək üçün nəsə əldə etmək zərurəti yaranır. Bizim yeni məhsul sahibkara imkan verir ki, öz dövriyyə vəsaitlərinə toxunmadan, istehlak tələbatını ödəmək üçün kreditdən istifadə etsin”.
* Bank VTB (Azərbaycan) ASC Bank VTB ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları Bank VTB ASC və “AtaHolding” ASC-dir. Bank VTB (Azərbaycan) ASC korporativ biznes, kiçik biznes və fərdi müştərilərə xidmətlər göstərir. Bu gün Bank 5 filial və Baş ofisdə yerləşən Müştəri xidmətləri idarəsi ilə təmsil olunub. ®
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz