![Azərbaycan prezidenti NATO PA-nın rəhbərini qəbul edib](https://turan.az/resized/media/2018/main/091200013147-750-500-resize.webp)
Azərbaycan prezidenti NATO PA-nın rəhbərini qəbul edib
Bakı/12.09.18/Turan: Azərbaycan prezidenti İlham Əliyev çərşənbə günü NATO PA-nın prezidenti Paolo Allinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Prezidentin saytında dərc edilmiş məlumata görə, görüşdə dövlət başçısı Azərbaycan və Şimali Atlantika alyansı arasında əməkdaşlığın uğurla inkişaf etdiyini qeyd edib.
Əliyev NATO PA-nın iqtisadiyyat və təhlükəsizlik Komitəsinin Bakıda keçirilən iclasının bu əməkdaşlığın genişləndirilməsinə şərait yaradacağı barədə fikir bildirib.
O, həmçinin Azərbaycanın NATO-nun Əfqanıstanda "Qətiyyətli dəstək" əməliyyatında iştirakını və onun tərkibində hərbi kontingentini artırdığını qeyd edib.
Alli öz növbəsində NATO PA və Azərbaycan Milli Məclisi arasında əlaqələrin Bakı və Alyans arasında əməkdaşlığın inkişafındakı rolunu qeyd edib.
Söhbət zamanı regional təhlükəsizlik və əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb. -06D-
-
- Siyasət
- 12 Sentyabr 2018 15:50
-
- İqtisadiyyat
- 12 Sentyabr 2018 16:18
Siyasət
-
Turan İnformasiya Agentliyinin Təkzibi
-
7 fevral 2025-ci il tarixdə Azərbaycan – Ermənistan dövlət sərhədində Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Ermənistan Respublikası Əsir düşmüş, saxlanılmış və itkin şəxslər üzrə idarələrarası komissiyasının nümayəndələri arasında görüş baş tutmuşdur.
-
Jurnalist Şahnaz Bəylərqızının həbsindən apellyasiya şikayəti verilib. Bu barədə cümə günü Turan agentliyinə onun vəkili Bəxtiyar Hacıyev bildirib.
-
Fevralın 6-da Vaşinqtonda Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ-ın vitse-prezidenti Ceyms Vensla görüşüb.
Rəy yaz