![Elmar Məmmədyarov ATƏT-in baş katibi ilə görüşüb](https://turan.az/resized/./turan-750-500-resize.webp)
Elmar Məmmədyarov ATƏT-in baş katibi ilə görüşüb
Bakı/12.09.18/Turan: Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda səfərdə olan ATƏT-in Baş katibi Tomas Gremingeri ilə görüşüb.
Nazir Məmmədyarov Azərbaycanın regional təşkilat olaraq ATƏT ilə əməkdaşlığa mühüm əhəmiyyət verdiyini bildirib.
ATƏT çərçivəsində təhlükəsizliyin bölünməzliyinin fundamental prinsip olduğunu deyən Elmar Məmmədyarov bütün üzv dövlətlərin Helsinki Yekun Aktı üzrə öhdəliklərinə sadiq olmasının vacibliyini bildirib.
"Ermənistan Respublikası ATƏT-ə üzv dövlət qismində Helsinki Yekun Aktı ilə üzərinə götürdüyü öhdəliklərini kobud şəkildə pozaraq, gücdən istifadə etməklə Azərbaycanın Dağlıq Qarabağ və ətraf regionlarının işğalını davam etdirir. ATƏT Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə məşğul olan qurum kimi işğala əsaslanan status-kvonun dəyişdirilməsi və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması üçün səylərinin artırmalıdır", deyə nazir qeyd edib.
Elmar Məmmədyarov əlavə edib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz mövcudluğu regional sülh və təhlükəsizlik üçün başlıca təhdid olaraq qalmaqdadır.
Nazir ATƏT-in Minsk Qrupunun həmsədrlərinin mandatını BMT Təhlükəsizlik Şurasının qətnamələri, Helsinki Yekun Aktı təşkil etdiyini xatırladıb və Azərbaycanın münaqişənin həllində irəliləyişə nail olmaq və regionda davamlı, ədalətli sülhü təmin etmək üçün substantiv və intensiv danışıqlara hazır olduğunu bildirib.
Görüşdə həmçinin Azərbaycandan keçən nəqliyyat marşrutlarına, iqtisadi əlaqələrə də toxunulub.
Görüşdə Azərbaycan və ATƏT arasında əməkdaşlıq proqramları nəzərdən keçirilib. -03D-
-
- İqtisadiyyat
- 12 Sentyabr 2018 15:49
-
- Siyasət
- 12 Sentyabr 2018 15:53
Siyasət
-
Fevralın 6-da ABŞ Konqresinin 20-yə yaxın üzvü Xarici Əlaqələr Komitəsinə qətnamə təqdim edib və Azərbaycan hakimiyyətindən Qubad İbadoğlunun azadlığa buraxılmasını tələb edir.
-
Turan İnformasiya Agentliyinin Təkzibi
-
7 fevral 2025-ci il tarixdə Azərbaycan – Ermənistan dövlət sərhədində Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Ermənistan Respublikası Əsir düşmüş, saxlanılmış və itkin şəxslər üzrə idarələrarası komissiyasının nümayəndələri arasında görüş baş tutmuşdur.
-
Jurnalist Şahnaz Bəylərqızının həbsindən apellyasiya şikayəti verilib. Bu barədə cümə günü Turan agentliyinə onun vəkili Bəxtiyar Hacıyev bildirib.
Rəy yaz