İlham Əliyev: Azərbaycan Qarabağla danışıqlar aparmayacaq
Bakı/02.08.18/Turan: Ermənistanın işğal siyasəti olmasaydı, bu gün bu ölkə beynəlxalq layihələrdən təcrid olunmazdı və ağır iqtisadi vəziyyətdə olmazdı. Bu barədə Azərbaycanın dövlət başçısı İlham Əliyev çərşənbə günü müharibə və Çernobıl veteranlarının ailələrinə mənzil verilməsi mərasimində bildirib.
Ermənistanın yeni hökuməti bunu yaxşı başa düşməlidir. Əvvəlki kriminal xunta rejiminin səhvlərini buraxmamalıdır, deyən prezident Yerevanın Azərbaycanın nizamlanma haqqında danışıqları Qarabağ separatçıları ilə aparması təklifini rədd edib.
Əliyev Yerevanın Azərbaycanın danışıqları Ermənistanla deyil, qondarma Dağlıq Qarabağ rejimi ilə aparmalı olduğu haqqında bəyanatlarını "qəbuledilməz" adlandırıb.
"Bu, ümumiyyətlə, qəbuledilməzdir və bu, elə bir təklifdir ki, bu təklifi verən tərəf bəri başdan bilir ki, bu, qəbul edilməyəcək. Digər tərəfdən, bu təklif vasitəçilər tərəfindən heç vaxt qəbul edilməyəcək", deyə o bildirib.
O bəyanatdan bir müddət keçəndən sonra Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşür və danışıqlara başlayır.
"Biz başa düşürük, yeni hökumətə müəyyən qədər vaxt lazımdır ki, beynəlxalq münasibətlərdə mövcud olan praktikanı düzgün təhlil etsin", deyə o sözünə davam edib.
"Eyni zamanda, Ermənistandan sülhə yönəlmiş çağırışlar da edilir, biz də bu çağırışları eşidirik. Əlbəttə, biz də sülh istəyirik, amma biz torpaqlarımızı istəyirik. Torpaqlarımız qayıtmayana qədər sülh olmayacaq və Ermənistanın yeni rəhbərliyi bunu çox yaxşı başa düşməlidir", deyən Əliyev qeyd edib ki, münaqişənin ən qısa zamanda və mərhələli həlli işğal edilmiş torpaqların azad edilməsindən asılıdır.
"Əgər Ermənistan rəhbərliyi bundan sonra da danışıqların uzadılması ilə məşğul olacaqsa, biz öz təcrid siyasətimizi davam etdirəcəyik, bütün vasitələrdən istifadə edib Ermənistanı daha da sarsıdacağıq", deyə Əliyev bildirib. -02D-
-
- Foto sessiyalar
- 1 Avqust 2018 22:56
-
- Cəmiyyət
- 2 Avqust 2018 10:57
Siyasət
-
Fevralın 4-də vəkil Zibeydə Sadıqova 1saylı Bakı İstintaq Təcridxanasında “Meydan” TV” işi üzrə həbs olunmuş müxbir Natiq Cavadlı ilə görüşüb.
-
Çərşənbə axşamı ABŞ prezidenti Donald Tramp ilk beynəlxalq qonağını - İsrailin baş naziri Binyamin Netanyahunu Ağ Evdə qarşılayıb.
-
Jurnalist Şəmşad Ağa gecə saatlarında polis tərəfindən saxlanılıb. Bu barədə jurnalistin qardaşı Şahid Ağayev Amerikanın Səsinə bildirib.
-
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau hava limanı yaxınlığında qəzaya uğraması ilə bağlı Beynəlxalq Mülki Aviasiya Təşkilatının (BMAT) 1944-cü il Beynəlxalq Mülki Aviasiya haqqında Çikaqo Konvensiyasının 13 saylı Əlavəsinin tələblərinə uyğun aparılan araşdırmanın ilkin hesabatı barədə məlumat yayıb.
Rəy yaz