Kölndə Azərbaycanlı siyasi mühacirlərin aksiyası
Bakı/18.10.19/Turan: Siyasi mühacirlərin "Demokratik Azərbaycanı Seç" (DAS) təşkilatı oktyabrın 17-də Kölndə Azərbaycandakı siyasi məhbuslarla həmrəylik aksiyası keçirib. Aksiya "Kölnische Rundschau", "Kölner Stadt-Anzeiger" və "Express" nəşrlərin redaksiyaları qarşısında keçirilib.
Mitinqin təşkilatçılarından biri İntiqam Xudiyevin bildirdiyinə görə, aksiyanın məqsədi alman mətbuatının diqqətinin Azərbaycanda siyasi məhbuslar probleminə və bütünlükdə ölkədə insan hüquqları pozuntularına cəlb etməkdən ibarət idi.
Aksiya iştirakçısı son günlər Azərbaycanda müxalifətçilərin inzibati həbslərini pisləyiblər.
Toplaşanlar həmçinin Azərbaycanda "məmur özbaşınalığını və qanunsuzluğu" pisləyiblər.
DAS son vaxtlar AFR-in müxtəlif şəhərlərində aparıcı nəşrlərin diqqətini Azərbaycanda insan hüquqları və siyasi məhbuslar probleminə çəkmək üçün onların redaksiyaları qarşısında aksiyalar keçirir.
"Alman jurnalistlərdən siyasi məhbuslara dəstək" şüarı altında keçirilən kampaniya iyunun 28-də start götürüb.
Artıq AFR-in bir sıra şəhərində aksiyalar keçirilib. -06D-
Siyasət
-
Moldova Xarici İşlər Nazirliyi mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyət göstərməsi ilə bağlı 1998-ci il tarixli Moldova-Rusiya sazişinə birtərəfli qaydada xitam verilməsi barədə qərar qəbul edib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri təyin edilib.
-
Fevralın 13-də Apellyasiya Məhkəməsi jurnalist Şahnaz Bəylərqızının həbsilə bağlı Xətai Rayon Məhkəməsinin qərarından müdafiə tərəfinin şikayətini təmin etməyib.
-
Azərbaycan "Sputnik-Azərbaycan" və BBC News Azərbaycanca redaksiyalarının işini məhdudlaşdıracaq. Bu barədə fevralın 13-də hökumətyönlü KİV məlumatlı mənbəyə istinadən bildirib.
Rəy yaz