Levon Ter-Petrosyanın komandası işğal edilmiş torpaqları Azərbaycana qaytarmağa çağırıb
Yerevan/01.08.18/Turan: "Erməni Milli Konqresi"nin üzvü Zoya Tadevosyan çərşənbə axşamı Yerevanda keçirilən brifinqdə Dağlıq Qarabağ ətrafında işğal edilmiş əraziləri Azərbaycana qaytarmaq zərurətini qeyd edib.
"Biz onları azad edilmiş adlandırırıq. Mahiyyətcə, yaxşı bilirsiniz ki, bu auditoriyada hamı bunun işğal edilmiş ərazilər olduğunu başa düşür", deyə o bildirib.
Jurnalistlərin bu torpaqların qaytarılmalı olub olmadığı haqqında sualına cavabında Zoya Tadevosyan deyib: "Heç biriniz məndən inciməyin, amma bunu mən həll etmirəm. Bu məsələ həmişə həmsədrlər tərəfindən qaldırılıb və ümumiyyətlə, danışıqlar masası arxasında müzakirə edilib. Söhbət ərazilərin qaytarılması hesabına nizamlanmadan gedirsə,əlbəttə ki, bu, doğrudur".
Daha sonra o əlavə edib ki, Ermənistan tərəfi bu əraziləri azad edilmiş hesab edir, amma beynəlxalq ictimaiyyət başqa fikirdədir, bu torpaqları ələ keçirilmiş və ya "işğal edilmiş" hesab edir.
Qarabağ əhalisinin fikrini doruçib-soruşmadığı haqqında suala cavabda Tadevosyan deyib: "Mən heç kimdən heç nə soruşmamışam, mən faktı deyirəm".
Öz növbəsində, Tadevosyanın bəyanatı Qarabağda kəskin reaksiyaya səbəb olub.
Belə ki, separatçıların liderinin köməkçisi David Babayan bu ifadəni "milli maraqların siyasi cəhətdən satılması və mənəvi tənəzzülün təzahürü" adlandırıb.
Qarabağ qüvvələrinin keçmiş komandir köməkçisi Artur Ağabekyan və separatçıların Təhlükəsizlik Xidmətinin keçmiş başçısı Arşavir Qaramyan da eyni məğzli çıxış edib.
Sonuncu Qarabağ əhalisini küçələrə çıxmağa və keçmiş DQMR ətrafındakı ərazilərin qaytarılması ideyasına etiraz etməyə çağırıb. -02D-
-
- İqtisadiyyat
- 1 Avqust 2018 15:47
-
- Siyasət
- 1 Avqust 2018 16:26
Siyasət
-
Fevralın 5-də axşam jurnalist Şahnaz Bəylərqızının saxlanıldığı məlum olub. Bir neçə il əvvəl o, “Toplum” TV-nin aparıcısı olub.
-
Dövlət başçısının 5 fevral tarixli sərəncamı ilə Muxtar Babayev prezidentin iqlim məsələləri üzrə nümayəndəsi təyin edilib.
-
Fevralın 5-də prezident İlham Əliyev Ukraynaya humanitar yardımın göstərilməsi haqqında sərəncam imzalayıb. Sənədə əsasən, Azərbaycanda istehsal olunan elektrik avadanlığının satın alınması və göndərilməsi üçün Energetika Nazirliyinə 1 milyon ABŞ dolları ayrılıb.
-
Fevralın 5-də Səbail Rayon Məhkəməsində “Kanal-13” İnternet- nəşrin rəhbəri əziz Orucovun işi üzrə proses davam edib.
Rəy yaz