Эмин Агаларов с сыновьями© Sputnik / Yekaterina Chesnokova
JARA festivalı plüralizmi qorumağa çağırılır
***
Təşkilatçıların adına 29 iyul tarixli məktubda M.Əliyev yazır:
"Hörmətli JARA festivalının təşkilatçıları,
İyulun 27-də AXCP fəalı, "Siyasi Məhbuslarsız Azərbaycan" İctimai Alyansının üzvü Zəfər Əhmədov həbs edilib. O, polisə çağırılıb, orada ona qarşı polisə tabe olmama ittihamı irəli sürülüb və məhkəmə onu 30 gün müddətinə həbs edib. Alyansda Əhmədovun sosial şəbəkədə müğənni Zara Mqoyanın festivala gəlişini pisləyən statusuna görə həbs edildiyini hesab edirlər.
Zəfər Əhmədov çox təmkinli və ziyalı insandır, heç vaxt söyüş və təhqir səviyyəsinə düşməyib və onun həbsini, ən yaxşı halda, anlaşılmazlıq kimi qiymətləndirmək lazımdır.
Mənim fikrimcə, onun başına gələn hadisə təxribatdır və JARA kimi uğurlu və perspektivli layihəyə hörmət qazandırmır.
2012-ci ildə bizim Eurovision mahnı festivalı ilə bağlı siyasi məhbuslarımız olub, bu da layihənin imicinə mənfi təsir göstərib.
Fikrimcə, JARA-nın təşəbbüskarları festivalın siyasiləşdirilməsindən uzaq durmalıdırlar, bədxahlar fərqli düşünənlərin həbsləri və polisə gətirilməsi ilə məhz buna nail olmağa çalışırlar.
Emin Ağalarov Mqoyanla bağlı böhtanlara müdrikcəsinə cavab verib: "Mənim buna münasibətim sadədir. Zara kürd qızıdır. Buna görə bu məsələnin müsbət və ya mənfi tərəflərini görməyin mənası olmadığını düşünürəm. Bunun mənfi tərəflərini görənlərin öz səbəbləri var. Onların fikrinə hörmətlə yanaşıram. Hesab edirəm ki, musiqi festivalı bayramdır, xeyirxahlıq və müsbət emosiyalar daşıyır.
Düşünürəm ki, Zəfər Əhmədov və festival haqqında fərqli düşüncəyə malik olan digər şəxslər barəsində də bu xətt qorunub salanmalıdır. Plüralizmin nümayişi yalnız JARA mahnı bayramının əhəmiyyətini və cəlbediciliyini artıracaq". -0-
-
- Söz istəyirəm
- 30 İyul 2018 15:59
-
- İqtisadiyyat
- 30 İyul 2018 16:12
Söz istəyirəm
-
Azərbaycan hökümətinin 10 il bundan qabaq başladığı və bu günə qədər yarımçıq qalmış olduqca vacib bir islahatdan qısaca bəhs etmək istəyirəm.
-
Bizim cəmiyyətdə işıqlı insanların yeri günəşin altı olmur. Bizim cəmiyyətdə işıqlı insanların yeri günəşin altı olmur. Qaranlıq zirzəmilər olur. İşıq saçmalı olan insanlara küfr yağdırılır. Onların yeganə silahları parlaq ideyalarıdır. Onların yeganə suçu cəmiyyətdə dumanların altında gizlədilmiş həqiqətləri dartıb üzə çıxarmaq və onunla cəmiyyət üzvlərini tanış etmək cəsarəti ilə bağlıdır. Natiq Cavadlı bir jurnalist olaraq belə bir tarix şüuruna və maarifçi bir fəaliyyətə malik insan idi.
-
2025-ci ilin qarşılandığı və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd edildiyi müddətdə səfir Libby-nin bu mesajını sizinlə paylaşmaqdan məmnunuq.
-
Tanınmış hüquqşünas və media eksperti Ələsgər Məmmədli 2024-cü ilin mart ayından bəri saxlanıldığı həbsxanadan Azərbaycanlıların Həmrəylik Günü və Yeni il münasibətilə vətəndaşlara müraciət edib. Valyuta qaçaqmalçılığı ittihamı ilə həbs olunan Məmmədli bu ittihamları rədd edib və beynəlxalq media və insan hüquqları təşkilatları ittihamları siyasi motivli adlandırıb.
Rəy yaz