Türkiyə zəlzələdən sonra..- Türkiyədən canlı bağlantılar  Çətin sualda

Bakı/07.02.23/Turan:  Türkiyənin cənubunda baş verən dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 3400-ü keçib, 20 mindən çox yaralı var.

Dağıntıların çıxarılması davam edir, qurbanların sayı artacağı istisna olunmur. 338 min insan yataqxana, universitet və sığınacaqlarda yerləşdirilib. Türkiyədə 7 günlük milli matəm elan edilib.

Fevralın 6-da Türkiyənin cənub-şərqində gün ərzində maqnitudası yeddidən çox olan iki zəlzələ (saat 04:17-də - 7,7, 13:24-də isə - 7,6) baş verib.

Zəlzələdən sonra yaşananlar barədə zəlzələ baş verən Adanada yaşayan Abdussamet Canbaz, Türkiyədə yaşayan azərbaycanlı fəal Mahir Rüstəmli  və Türkiyədə yaşayan azərbaycanlı alim, sosioloq Rüfət Qaragözlü Kamran Mahmudovun təqdimatında yayımlanan “Çətin sual” verilişində danışır.  

Leave a review

Difficult question

Follow us on social networks

News Line