Açiq mənbələrdən foto.
İ.Əliyev Yəhudi icmasını Roş-Ha-Şana münasibətilə təbrik edib
Bakı/16.09.20/Turan: Azərbaycan prezidenti İlham Əliyev ölkənin Yəhudi icmasını yəhudi xalqının yeni il bayramı – Roş-Ha-Şana münasibətilə təbrik edib.
“Zəngin tarixi-mədəni irsə və çoxəsrlik tolerantlıq ənənələrinə malik Azərbaycanda tarix boyu yəhudilər digər xalqların və dinlərin nümayəndələri ilə sülh, əmin-amanlıq, qarşılıqlı hörmət və etimad şəraitində yaşamışlar. Azərbaycan etnik-dini dözümsüzlüyün, ksenofobiyanın və antisemitizmin mövcud olmadığı nadir məkanlardan biridir”, deyə təbrik mətnində qeyd edilir.
“Ölkəmizin ictimai-siyasi, sosial-mədəni həyatında fəal iştirak edən yəhudi əsilli həmvətənlərimiz, harada yaşamalarından asılı olmayaraq, Azərbaycana sevgi və sədaqətlərini daim nümayiş etdirir, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işinə əhəmiyyətli töhfələr verirlər”, deyə müraciətdə bildirilir. -02D-
Siyasət
-
Xalq Cəbhəsi Partiyasının fəalı Elnur Həsənov aprelin 25-də axşam, tələbləri qismən təmin edildikdən sonra quru aclığı dayandırıb.
-
Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı çağırışlara görə həbs edilən Dağlıq Qarabağın keçmiş “dövlət naziri” Ruben Vardanyan Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Təcridxanasında aclıq aksiyasını dayandırıb.
-
Azərbaycan-Ermənistan dövlət sərhədinin demarkasiyası çərçivəsində geodeziya ölçmələri əsasında artıq 20 sərhəd dirəyi quraşdırılıb.
-
Aprelin 24-də Xocalı rayonunun Malıbəyli kəndi ərazisində qazıntı işləri aparılarkən ən azı 6 nəfərə aid olduğu ehtimal edilən insan sümük fraqmentləri aşkar edilib. Bu barədə Azərbaycan Baş Prokurorluğu və Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının birgə məlumatında deyilir.
Rəy yaz