İstanbulun məşhur xəstəxanasında xərçəng dərmanlarının oğurlanmasına etiraz edilib
Istanbul/17.03.23/Turan: Turan İnformasiya Agentliyi Türkiyə bürosunun məlumatına görə, İstanbul Universiteti Çapa tibb fakültəsinin xəstəxanasından xərçəng xəstələri üçün nəzərdə tutulmuş dərmanların oğurlanaraq özəl xəstəxanalarda 9-10 dəfə baha satılmasına qarşı etiraz aksiyası keçirilib. Aksiyada çıxış edən tibb fakültəsinin keçmiş işçisi Cemal Bilgin xərçəng xəstələri üçün nəzərdə tutulmuş dərmanların özəl xəstəxanalara satıldığına dair faktlar aşkarladıqlarını bildirib.
“Dekanlığa,rektorluğa,polisə və prokurorluğa müraciət edirəm:iddialarımla bağlı ifadəmi alsınlar, sənədləri onlara verim. Xərçəng xəstələri üçün nəzərdə tutulmuş dərmanları oğurlayaraq özəl xəstəxanalara satan bandalar var, onlara qarşı axıra qədər mübarizə aparacağıq”
Aksiyanın başa çatmasından sonra Turan Agentliyinə açıqlama verən Cemal Bilgin deyib:
”İllərdən bəri bu bandalara qarşı mübarizə aparıram. Hal-hazırda Türkiyədə dəbdə olan `Səhiyyə turizmi` layihəsi çərçivəsində ölkəmizə gətirilən əcnəbi vətəndaşları özəl xəstəxanalara yerləşdirəndən sonra Çapa tibb fakültəsinin xəstəxanasından oğurlanan xərçəng dərmanları əcnəbilər 9-10 dəfə baha qiymətə satılır. Xaricdən gətirilən xəstələrin arasında Türk Respublikalarının vətəndaşları da var. Bu dəhşətli hadisəyə qarşı hamını mübarizəyə dəvət edirəm”.
Cemal Bilgin dərman oğurluğu və tibb sahəsindəki digər qanunsuzluqlara qarşı mübarizəni davam etdirəcəklərini sözlərinə əlavə edib.--0--
-
- İqtisadiyyat
- 17 Mart 2023 16:14
-
- Cəmiyyət
- 17 Mart 2023 17:17
Dünyada
-
Almaniya kansleri Olaf Şolts və Rusiya prezidenti Vladimir Putin 15 noyabrda telefon danışığı apardılar. Bu, onların iki ildən sonra ilk birbaşa əlaqəsi oldu. Kreml sözçüsü Dmitri Peskov bildirib ki, danışıq "çox tez" təşkil edilib, bu da iki liderin qəfil əlaqəyə keçməsini vurğulayır.
-
Özünü müstəqil elan etmiş Abxaziya Respublikasının rəhbəri Aslan Bjaniya, müxalifətin istefa tələbi ilə verdiyi ultimatumdan sonra paytaxt Suxumidən ayrılıb. Hadisələr "Qafqazın Səsi" və "Respublika" Telegram kanalı tərəfindən diqqətlə izlənir.
-
Şimali Koreya lideri Kim Çen In intiharçı pilotsuz uçan aparatların sınaqlarına rəhbərlik edib və hava-desant silahlarının kütləvi istehsalına göstəriş veri. O deyib ki, belə dronların bütün dünyada yerləşdirilməsi hərbi nəzəriyyənin təcili yenilənməsini tələb edir, - deyə dövlət mediası cümə günü bildirib.
-
Moskvanın BMT-dəki daimi nümayəndəsi cümə axşamı jurnalistlərə bildirib ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın təşəbbüsü ilə Rusiya Ukraynadakı müharibəni dayandırmaq üçün danışıqlara açıqdır, lakin istənilən danışıqlar Rusiyanın real nailiyyətlərinə əsaslanmalıdır.
Donald Trampın yenidən ABŞ Prezidenti seçilməsinə Amerikadan baxış – Aleks Raufoğlu Çətin sualda
Xəbər lenti
-
- Siyasət,
- 11:55
- 342
Rəy yaz