ABŞ Bakı və İrəvanı “birbaşa dialoqa” çağırır
Vaşinqton/27.03.23/Turan: ABŞ Dağlıq Qarabağdakı son vəziyyətdən narahatdır və davamlı sülh naminə birbaşa dialoqa çağırır, TURAN-ın Vaşinqton müxbiri xəbər verir.
“Dövlət katibinin köməkçisi Karen Donfrid bu gün səhər xarici işlər naziri Ceyhun Bayramovla danışıb və Azərbaycan ordusunun hərəkətindən narahatlığını bildirib. O, ABŞ-ın Ermənistan-Azərbaycan sülh danışıqlarına sadiqliyini vurğulayıb”, - deyə Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel brifinq zamanı bildirib.
"Dövlət katibi də tez-tez deyirdi ki, birbaşa dialoq bu problemin həlli və davamlı sülhə nail olmaq üçün açardır" Patel deyib və əlavə edib ki, "bu münaqişənin hərbi həlli yoxdur".
"Biz Ermənistanı və Azərbaycanı ikitərəfli, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində danışıqlar başlamaga çağırırıq", - Patel bildirib. -0-
-
- Siyasət
- 27 Mart 2023 22:11
-
- İqtisadiyyat
- 28 Mart 2023 10:40
Siyasət
-
Rusiya və İran prezidentləri Vladimir Putin və Məsud Pezeşkian yanvarın 17-də Moskvada danışıqlar aparacaqlar və mətbuata açıqlama verəcəklər, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
-
Yanvarın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə ictimai fəal Nicat İbrahimin cinayət işi üzrə məhkəmənin hazırlıq iclasında Nicat İbrahim "qanunsuz" həbsinə və məhkəmənin gedişinə etiraz olaraq məhkəmə zalında saxlanıldığı şüşə qəfəsə başı ilə zərbələr endirərək intihara cəhd edib.
-
Beynəlxalq Narahat Alimlər Komitəsi həbs edilmiş tədqiqatçı İqbal Əbilovun azad edilməsinə köməklik göstərmək xahişi ilə Azərbaycan prezidenti İlham Əliyevə müraciət edib.
-
Gürcüstanın XİN başçısı Maka Boçorişvili dünən Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyevlə görüşüb.
Rəy yaz