Açiq mənbələrdən foto.
Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri Ermənistanda həbs olunmuş azərbaycanlı əsgərlərə baş çəkiblər
Bakı/19.04.23/Turan: Bu gün Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri Yerevanda həbs olunmuş iki azərbaycanlı əsgərə baş çəkiblər.
Onlarla təkbətək görüşlər keçirilib və Qırmızı Xaç vasitəsilə ailələrinə məktub çatdırmaq imkanı verilib.
Bu barədə Turan agentliyinə Beynəlxalq Qızıl Xaç Komitəsinin Bakı nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib.
Beynəlxalq Qızıl Xaç Komitəsinin mandatına uyğun olaraq, başçəkmələr zamanı təşkilatın nümayəndələri saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir, onların ailələrilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır.
Beynəlxalq Qızıl Xaç Komitəsinin prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır.
*Aprelin 10-da Azərbaycan Silahlı Qüvvələrinin iki əsgəri Naxçıvanın Şahbuz rayonunda itib. Müdafiə Nazirliyi bildirib ki, onlar əlverişsiz hava şəraitində azıblar.
Ertəsi gün Ermənistan KİV bildirib ki, onlardan biri Sünik vilayətinin Bnunis kəndində saxlanılıb. O, Əsgər Aqşin Bəbirovdur.
Aprelin 13-də Ermənistan KİV saxlanılan digər əsgərin - Hüseyn Axundovun kadrlarını yayıblar. Onun bədənində zorakılıq izlərinin olduğu görünüb. O, Kafan şəhəri yaxınlığında saxlanılıb. Sonradan hər iki əsgərə qarşı sərhədi qanunsuz keçmək və silah daşımaq ittihamları irəli sürülüb.
Aprelin 18-də Hüseyn Axundovu mis-molibden kombinatının mühafizəçisini öldürməkdə də ittiham ediblər. -06B-
Siyasət
-
Rusiya və İran prezidentləri Vladimir Putin və Məsud Pezeşkian yanvarın 17-də Moskvada danışıqlar aparacaqlar və mətbuata açıqlama verəcəklər, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
-
Yanvarın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə ictimai fəal Nicat İbrahimin cinayət işi üzrə məhkəmənin hazırlıq iclasında Nicat İbrahim "qanunsuz" həbsinə və məhkəmənin gedişinə etiraz olaraq məhkəmə zalında saxlanıldığı şüşə qəfəsə başı ilə zərbələr endirərək intihara cəhd edib.
-
Beynəlxalq Narahat Alimlər Komitəsi həbs edilmiş tədqiqatçı İqbal Əbilovun azad edilməsinə köməklik göstərmək xahişi ilə Azərbaycan prezidenti İlham Əliyevə müraciət edib.
-
Gürcüstanın XİN başçısı Maka Boçorişvili dünən Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyevlə görüşüb.
Rəy yaz