Photo TURAN.

Photo TURAN.

Bakı/31.08.23/Turan: Azərbaycan ərazisində boz zonanın olması məqbul deyil, Bakı heç vaxt separatçı qanunsuz rejimin mövcudluğu ilə barışmayacaq. Qanunsuz rejim ləğv və tərksilah edilməlidir. Bu barədə Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev Ağdam-Xankəndi yolunda jurnalistlərə bildirib.

"Bu yol Qarabağ ermənilərini təchiz etmək üçün ən qısa və rahat yoldur. Buraya gələn xarici diplomatlar bunu öz gözlərilə görə bilərlər. Qarabağda qanunsuz rejimin Azərbaycandan gələn 40 ton unu qəbul etməkdən imtina etməsi irqçilik və ayrı- seçkiliyin təzahürüdür", - Hacıyev qeyd edib.

Azərbaycan bu yolu açaraq Qarabağ ermənilərinin hüquqlarına, təhlükəsizliyinə, habelə milli qanunvericilik çərçivəsində öhdəliklərinə zəmanət verməklə onların reinteqrasiya prosesinə başlamağa hazırdır. Lakin Qarabağda hökm sürən hərbi xunta və Ermənistan yol məsələsini siyasi manipulyasiya və spekulyasiya predmetinə çevirir, Hacıyev davam edib.

Bunun təzahürü Bakı ilə razılaşdırılmadan Laçın vasitəsilə müxtəlif yüklərin çatdırılması cəhdidir. Bunun növbəti nümunəsi Fransa şəhərlərinin merlərinin Azərbaycan sərhədinə gəlişi olub ki, bu da "teatr şousu"na çevrilib.

O təkrarlayıb ki, Laçın yolu Ağdam-Xankəndi yolunun açılışından 24 saat sonra açıla bilər. "Lakin Laçına giriş Azərbaycanın sərhəd və gömrük rejimlərinə uyğun olaraq həyata keçiriləcək. Bakı bu yolla əvvəlkitək silah, mina və qadağan olunmuş digər yüklərin daşınmasına icazə verə bilməz", - Hikmət  Hacıyev bildirib. 21B

Rəy yaz

Siyasət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti