Hikmet Hajiyev
Azərbaycan Qarabağdakı erməni hərbi birləşmələrə amnistiya nəzərdə tutur
Bakı/22.09.23/Turan: Azərbaycan Qarabağda silahı yerə qoyacaq erməni hərbi birləşmələrə amnistiya nəzərdə tutur. Bu barədə Azərbaycan prezidentinin xarici siyasət üzrə müşaviri Hikmət Hacıyev bildirib.
"Keçmiş hərbçilərə və döyüşçülərə gəlincə, əgər onlar bu cür təsnif edilə bilərsə, onlar üçün də belə amnistiya nəzərdə tutulur”, - Reuters agentliyi Hacıyevdən sitat gətirib.
Bununla belə, Qarabağın bəzi hərbi bölmələri və ayrı-ayrı zabitlər açıq şəkildə bildiriblər ki, Bakının şərtlərinə razı olmayacaqlar və müqavimət göstərməyə davam edəcəklər, Azərbaycan prezidentinin köməkçisi əlavə edib.
Onun sözlərinə görə, Azərbaycan Qarabağ ermənilərinin dinc reinteqrasiyasını istəyir.06В
-
- İqtisadiyyat
- 22 Sentyabr 2023 12:22
Siyasət
-
Rusiya və İran prezidentləri Vladimir Putin və Məsud Pezeşkian yanvarın 17-də Moskvada danışıqlar aparacaqlar və mətbuata açıqlama verəcəklər, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
-
Yanvarın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə ictimai fəal Nicat İbrahimin cinayət işi üzrə məhkəmənin hazırlıq iclasında Nicat İbrahim "qanunsuz" həbsinə və məhkəmənin gedişinə etiraz olaraq məhkəmə zalında saxlanıldığı şüşə qəfəsə başı ilə zərbələr endirərək intihara cəhd edib.
-
Beynəlxalq Narahat Alimlər Komitəsi həbs edilmiş tədqiqatçı İqbal Əbilovun azad edilməsinə köməklik göstərmək xahişi ilə Azərbaycan prezidenti İlham Əliyevə müraciət edib.
-
Gürcüstanın XİN başçısı Maka Boçorişvili dünən Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyevlə görüşüb.
Rəy yaz