14 saylı cəzaçəkmə müəssisəsində qiyamın səbəbləri bəlli oldu
Dekabrın 22-də 14 saylı cəzaçəkmə müəssisəsində məhkumların qiyama qalxması barədə məlumat yayılıb.
“Yeni Müsavat” qəzetinin məlumatına görə, məhbusları ayağa qaldıran səbəb 31 yaşlı məhkum Elşad Babayevin işgəncə ilə öldürülməsidir. Qeyd olunur ki, müəssisədə məsul post tutan mayor rütbəli Firdovsi adlı şəxs, rejim rəisi, baş leytenant Faiq adlı şəxs bir neçə xidmətçi ilə birlikdə E.Babayevə qarşı kobud rəftara yol veriblər.
Dünyasını dəyişən E.Babayevin bacısı Simuzər Babayeva “Yeni Müsavat”ın redaksiyasına gələrək dəhşətli şeylər danışıb. O deyib ki, qardaşının meyiti üzərində çoxsaylı işgəncə izləri olub: “Dekabrın 22-də axşam 7-8 radələrində telefonuma zəng gəldi. Kimliyi haqda məlumat verməyən şəxs dedi ki, Elşadın meyiti Lökbatanda meyitxanadadır. Ondan ölümün səbəbini soruşdum. Dedi ki, heç bir məlumat verə bilmərik. Dediyi ünvana getdim. Meyitxanada qardaşımın meyitinə baxdım. Onun qollarında, ayaqlarının altında, boynunda, belində, üzündə xəsarətlər, işgəncə izləri vardı. Ayaqlarının altı şişmişdi. Orada bir sənəd verdilər. Orada qardaşımın ölümünün səbəbi göstərilməmişdi. Bu gün də bunu bizə deməyiblər. Mən meyitxanada qardaşımın meyitinin şəkillərini çəkmişəm. Onu sanki filmlərdə göstərilən siyasi məhbuslar üçün həbsxanada döyüb öldürüblər”.
Qəzet E. Babayevin işgəncələrə məruz qaldığını təsdiq edən şəkillərrini də dərc edib.
Penitensiar Xidmətin rəisinin mətbuat məsələləri üzrə köməkçisi Yaşar İsakov Turan agentliyinə bildirib ki, 14 saylı cəzaçəkmə müəssisəsində saxlanılan məhkum Elşad Babayevin işgəncə ilə öldürülməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.
“Dekabrın 22-də 14 saylı cəzaçəkmə müəssisəsində baş vermiş hadisə ilə bağlı Penitensiar Xidmətin ictimaiyyətə rəsmi açıqlaması verilib. Hadisə ilə bağlı, eləcə də məhkum Elşad Babayevin vəfatı ilə əlaqədar Qaradaq Rayon Prokurorluğu tərəfindən cinayət işi qaldırılıb, istintaq aparılır və ictimaiyyətə bu haqda rəsmi məlumat veriləcək”, - o qeyd edib.
Öz növbəsində Qaradağ Rayon Prokurorluğundan Cinayət Məcəlləsinin hansı maddəsi ilə cinayət işinin başlanması barədə hələ məlumat almaq mümkün olmayıb.-03B-
-
- İqtisadiyyat
- 25 Dekabr 2014 13:04
-
- Siyasət
- 25 Dekabr 2014 13:54
Cəmiyyət
-
"Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 7 kiloqram 145 qram narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd edən İran vətəndaşı 1984-cü il təvəllüdlü Mollayı Meysən Allahbaxış saxlanılıb. Bu barədə yanvarın 31-də Azərbaycan Dövlət Sərhəd Xidməti məlumat yayıb.
-
Yanvarın 31-də saat 12 radələrində Ağcabədi rayonunun Hindarx qəsəbəsində yerləşən evlərdən birində 5 nəfərin ölməsi, 2 nəfərin yaralanması ilə nəticələnən partlayış baş verib. Xəbəri Baş Prokurorluğun mətbuat xidməti yayıb. Faktla bağlı Ağcabədi rayon prokurorluğunda araşdırma aparılır.
-
Şənbə günü Bakıda hava şəraiti dəyişkən buludlu, yağmursuz olacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-7 dərəcə, gündüz 8-12 dərəcə olacaq. Nisbi rütubət 70-80% təşkil edəcək.
-
Yanvarın 29-da Azərbaycanda bələdiyyə seçkiləri keçirildi. 118 dairə üzrə seçkilərdə 16 mindən çox namizəd iştirak etdi. Mərkəzi Seçki Komissiyasının (MSK) saytında artıq lider namizədlərin adları açıqlanıb. Seçkidən saatlar sonra isə MSK sədri Məzahir Pənahov brifinqdə bildirmişdi ki, 685 bələdiyyənin 413-ü artıq formalaşmış hesab edilir, lider namizədlərin sayı 7 min 791 nəfərdir. Onun sözlərinə görə, bütün dairələrdə seçkilər normal keçib və rəhbərlik etdiyi quruma heç bir şikayət daxil olmayıb. Halbuki, müstəqil namizədlər və ekspertlər seçkilərin gedişatında pozuntuların olduğunu deyirlər.
Rəy yaz