Müdafiə naziri Bəhreynə gedib
Dekabrın 25-də müdafiə naziri Zakir Həsənov Bəhreyn Krallığına rəsmi səfərə gedib.
Müdafiə Nazirliyinin məlumatına görə, səfər çərçivəsində Z.Həsənov Bəhreyn kralı, Müdafiə Qüvvələrinin ali baş komandanı Şeyx Həməd bin İsa Əl Xəlifə və bu ölkənin hərbi rəhbərliyi ilə görüşəcək.
2015-ci il üçün İkitərəfli əməkdaşlıq planının imzalanması nəzərdə tutulub.
Səfər dekabrın 27-dək davam edəcək.-16D-
Siyasət
-
Fəal Clalə Cavadov saxlanılıb. Onunla saat 16.00-dan əlaqə kəsilib.
-
Cənubi Qafqazda Fransanın diplomatik mirasına dair kəskin müzakirə fonunda, cümə günü Bakıda beynəlxalq konfrans keçirildi və bu tədbirdə Fransanın Ermənistan-Azərbaycan münaqişəsindəki rolu qiymətləndirildi. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi tərəfindən təşkil edilən tədbir, Azərbaycanın uzun müddətdir Fransanın Ermənistana qarşı tarixi tərəfkeşliyindən narahatlığını vurğuladı.
-
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Human Rights Watch (HRW) təşkilatının icraçı direktoru Tirana Həsənə açıq məktub göndərərək, bu qurumun ölkədə insan hüquqları vəziyyəti ilə bağlı son hesabatına dair narazılığını ifadə edib.
-
ABŞ prezidenti Donald Tramp helikopter və təyyarənin toqquşmasından bir neçə saat sonra, Ağ Evdə ilk mətbuat konfransını keçirib.
Rəy yaz