Müxalifət fəalının həbsdə olan oğlunun səhhətində problem yaranıb
AXCP təşkilat şöbəsinin müdiri Rafiq Daşdəmirli Kürdəxanı təcridxanasında saxlanılan oğlu Sənan Daşdəmirlinin sağlamlıq durumunun ağır olduğunu bildirib.
O, Turan-a bildirib ki, insan haqları müdafiəsi ilə məşğul olan qeyri-hökumət təşkilatlarına, İşgəncələr Əleyhinə Komitənin rəhbəri Elçin Behbudova, ombudsman Elmira Suleymanovaya müraciət edir və oğlu Sənanın vəziyyəti ilə maraqlanmalarını xahiş edir.
R.Daşdəmirlinin sözlərinə görə, oğlu təcili müalicə olunmasa vəziyyəti daha da ağırlaşacaq.
“Sənanın sağlıq durumu cox ağırdır. Qan təzyiqi yüksəkdir. Təzyiq gözlərində ağır problem yaradıb. Bir gözünün tutulmaq təhlükəsi yaranıb, o biri gözünün də vəziyyəti ağırlaşıb. Ürək ağrıları artıb. Ayaqlarında revmatizm yaranıb, ağrıdan yeriməyə çətinlik çəkir. Təcili müalicə olunmasa xəstəliklər onu üzəcək. Vəziyyəti çox kritikdir. Onu bu qədər incitmək nəyə lazımdır? İnsan haqları ilə məşğul olan QHT-lərə, ombudsman aparatına, Elçin Behbudova müraciət edirəm ki, oğlum Sənanla maraqlansınlar, ona yardımçı olsunlar”, - ata deyib.
Öz növbəsində vəkil Azər Nağıyev Turan-a bildirib ki, S. Daşdəmirlinin təzyiqi yüksəkdir və bədənində səpkilər yaranıb.
Vəkil S. Daşdəmirli ilə bağlı narkoloji ekspertizanın rəyinin açıqlandığını da bildirib. ”Narkoloji eksperiza müəyyən edib ki, S. Daşdəmirli narkotik istifadəçisi deyil və narkomaniya xəstəliyindən əziyyət çəkmir”, - o qeyd edib.
Penitensiar Xidmət hələ S. Daşdəmirlinin səhhəti ilə bağlı sorğumuza cavab verməyib.
Sənan Daşdəmirli noyabrın 17-də yaşadığı evin qarşısında həbs olunub. Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılan Sənanın narkotik maddə satdığı üçün saxlandığı bildirlib.-03B-
-
- Siyasət
- 25 Dekabr 2014 13:54
-
- İqtisadiyyat
- 25 Dekabr 2014 14:01
Cəmiyyət
-
Yanvarın 29-da Azərbaycanda bələdiyyə seçkiləri keçirildi. 118 dairə üzrə seçkilərdə 16 mindən çox namizəd iştirak etdi. Mərkəzi Seçki Komissiyasının (MSK) saytında artıq lider namizədlərin adları açıqlanıb. Seçkidən saatlar sonra isə MSK sədri Məzahir Pənahov brifinqdə bildirmişdi ki, 685 bələdiyyənin 413-ü artıq formalaşmış hesab edilir, lider namizədlərin sayı 7 min 791 nəfərdir. Onun sözlərinə görə, bütün dairələrdə seçkilər normal keçib və rəhbərlik etdiyi quruma heç bir şikayət daxil olmayıb. Halbuki, müstəqil namizədlər və ekspertlər seçkilərin gedişatında pozuntuların olduğunu deyirlər.
-
Cümə günü paytaxtda hava dəyişkən olacaq, yağış gözlənilmir.Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 5 +7, gündüz müsbət 8 + 12 dərəcə olacaq. Rütubət 70-80 faiz olacaq.
-
Yanvarın 30-da Bakıda aydınlaşdırma ilə buludlu olacaq, gün ərzində Abşeron yarımadasında az yağıntı ola bilər. Külək cənub-şərq olacaq. Gecə havanın temperaturu +4 - dən +7c-ə, gündüz isə +8-dən +12C-ə qədər olacaq.havanın rütubəti 70-80% olacaq.
-
Azərbaycan hakimiyyəti keçmiş Rusiya hakimi Yelena Xaxalevanı Bakı Beynəlxalq Hava Limanında saxlayıb. Bu barədə məlumat Rusiyanın Baş Prokurorluğuna və Daxili İşlər Nazirliyinə təsdiqlənib. Saxlanılma xəbəri ilk olaraq Kommersant və İzvestiya tərəfindən mənbələrə istinadən yayımlanıb və daha sonra RIA Novosti və TASS vasitəsilə hüquq-mühafizə orqanlarından təsdiq alıb.
Rəy yaz