- İqtisadiyyat
- 25 Dekabr 2014, 14:01
- 211
İki NEZ-in birləşdirilməsi kütləvi ixtisarlara səbəb olmayacaq
2015-ci il yanvarın 1-dən iki NEZ-in – “Azneftyağ” və Heydər Əliyev adına zavodun birləşdirilməsi kütləvi ixtisarlara səbəb olmayacaq. Bu barədə SOCAR-ın kadr, informasiya texnologiyaalrı və rejim üzrə vitse-prezidenti Xaliq Məmmədov bugünkü mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, ixtisar yalnız rəhbər heyətə toxunacaq.
X.Məmmədov qeyd edib ki, dəyişiklik Dövlət Neft Şirkətinin strukturlarının və idarələrinin təkmilləşdirilməsi məqsədilə həyata keçirilir. Əsasən çoxmərhələli idarəçilik sistemindən birmərhələli sistemə keçilir. “Bundan sonra neft emalı bir mərkəzdən idarə olunacaq”, - o bildirib.
Hazırda “Azneftyağ” idarəetmə aparatında 198, Heydər Əliyev NEZ-də 200 nəfər çalışır.
Öz növbəsində SOCAR-ın emal üzrə vitse-prezidenti Davud Məmmədov Turan-ın sualının cavabında 2017-ci ildən “Azneftyağ” zavodunun bağlanacağı barədə fikirləri təkzib edib.
Onun sözlərinə görə, bu məsələyə baxılmır. O bu cür fikirləri uydurma və subyektiv fikir adlandırıb.
“Azneftyağ” zavoduna tələbat qalır, çünki orada bitum, yağ, sürtkü yağı istehsal edilir”, - o bildirib.
Hər iki NEZ ən azı 2030-cu ilədək – Qaradağ rayonunda yeni neft-kimya, qaz-neft emalı kompleksi istismara verilənə qədər öz fəaliyyətini davam etdirəcək.
Qeyd edək ki, “Azneftyağ” zavodunda cəmi 2038 nəfər çalışır.—12B---
-
- Cəmiyyət
- 25 Dekabr 2014 13:58
-
- İqtisadiyyat
- 25 Dekabr 2014 14:39
İqtisadiyyat
-
Azərbaycanın düyü idxalı sürətlə artmaqdadır, çünki yerli istehsal artan tələbatı qarşılamaqda çətinlik çəkir. Bu tendensiya ölkənin xarici tədarükçülərdən asılılığını vurğulayır. Hökumətin istehsalı artırmaq təşəbbüslərinə baxmayaraq, yerli istehsal dəyişməz qalır və 2024-2025 mövsümündə cəmi 10 000 ton məhsul gözlənilir. Bununla yanaşı, 2024-cü ilin yanvar-oktyabr aylarında ölkəyə 55 961 ton düyü idxal olunub.
-
Azərbaycan və Pakistan enerji əməkdaşlığının dərinləşdirilməsinə artan sadiqlik nümayiş etdirir və bu istiqamətdə xüsusilə bərpa olunan enerji təşəbbüslərinə diqqət yetirir. Yanvarın 30-da Azərbaycanın enerji naziri Pərviz Şahbazov Bakıda Pakistanın Federal Özəlləşdirmə, İnvestisiya Şurası və Kommunikasiyalar naziri Əbdül Alim Xan rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
-
Qazaxıstanın ən böyük yatağı olan Kaşaqandan hasil edilən neft Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinə daxil olmağa başlayıb. SOCAR-ın məlumatına görə, bu neftin ilk partiyası 27 yanvarda Səngəçal terminalında qəbul edilib və BTC vasitəsilə Ceyhan limanına nəql ediləcək.
-
Azərbaycan sosial-iqtisadi inkişaf strategiyasının həyata keçirilməsini sürətləndirir, rəqəmsal transformasiya və kibertəhlükəsizliyin gücləndirilməsinə diqqət yetirir. Hökumət insan kapitalının inkişafına və kibertəhlükəsizlik mütəxəssislərinin hazırlanmasına resurs ayırır, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədri Fərid Osmanov yanvarın 30-da Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin (AKM) dördüncü “Məzun Günü” tədbirində bildirib.
Rəy yaz