Kövsər Bank əlavə emissiya üçün 38 mln manat tapıb
Uzun illər nizamnamə kapitalını AMB-nin tələbinə çatdıra bilməyən (istəməyən) «Kövsər Bank» zəəruri vəsaiti tapıb. Bu gün 38 mln manat məbləğində səhm yerləşdirməsi başlayıb, - deyə Bakı Fond Birjası məlumat verir. Bankın nizamnamə kapitalı 4,1 dəfə artaraq 50,02 mln manata çatacaq.
Nominalı 200 manat olan 190 min səhm BFB-nin qeyri-kotirovka vərəqinə daxil edilib. Anderrayter «Brokdil –AZ» MMC-dir.
Bu bank Mərkəzi Bankla iki dəfə qarşıdurmaya gedib.– 2001 və 2010-cu illərdə AMB iddia qaldırıb və uduzub. Əvvəllər Universalbank adlanan bankın əsas səhmdarı Heydər İbrahimov parlamentin iqtisadi siyasət komitəsinin sədri Eldar İbrahimovun qardaşıdır.
Nizamnamə kapitalı 12,02 mln manat olan «Kövsər Bank» 1988-ci ildə yaradılıb və klassik kreditlər verməyən yeganə islam bankıdır. Səhmdarları 11 hüquqi və 24 fiziki şəxsdir. --17D—
-
- İqtisadiyyat
- 25 Dekabr 2014 14:01
-
- Cəmiyyət
- 25 Dekabr 2014 15:05
İqtisadiyyat
-
Azərbaycanın düyü idxalı sürətlə artmaqdadır, çünki yerli istehsal artan tələbatı qarşılamaqda çətinlik çəkir. Bu tendensiya ölkənin xarici tədarükçülərdən asılılığını vurğulayır. Hökumətin istehsalı artırmaq təşəbbüslərinə baxmayaraq, yerli istehsal dəyişməz qalır və 2024-2025 mövsümündə cəmi 10 000 ton məhsul gözlənilir. Bununla yanaşı, 2024-cü ilin yanvar-oktyabr aylarında ölkəyə 55 961 ton düyü idxal olunub.
-
Azərbaycan və Pakistan enerji əməkdaşlığının dərinləşdirilməsinə artan sadiqlik nümayiş etdirir və bu istiqamətdə xüsusilə bərpa olunan enerji təşəbbüslərinə diqqət yetirir. Yanvarın 30-da Azərbaycanın enerji naziri Pərviz Şahbazov Bakıda Pakistanın Federal Özəlləşdirmə, İnvestisiya Şurası və Kommunikasiyalar naziri Əbdül Alim Xan rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
-
Qazaxıstanın ən böyük yatağı olan Kaşaqandan hasil edilən neft Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinə daxil olmağa başlayıb. SOCAR-ın məlumatına görə, bu neftin ilk partiyası 27 yanvarda Səngəçal terminalında qəbul edilib və BTC vasitəsilə Ceyhan limanına nəql ediləcək.
-
Azərbaycan sosial-iqtisadi inkişaf strategiyasının həyata keçirilməsini sürətləndirir, rəqəmsal transformasiya və kibertəhlükəsizliyin gücləndirilməsinə diqqət yetirir. Hökumət insan kapitalının inkişafına və kibertəhlükəsizlik mütəxəssislərinin hazırlanmasına resurs ayırır, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədri Fərid Osmanov yanvarın 30-da Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin (AKM) dördüncü “Məzun Günü” tədbirində bildirib.
Rəy yaz