E.Behbudov: Məhbusun ölümünə görə Penitensiar Xidmət məsuliyyət daşıyır
14 saylı cəzaçəkmə müəssisəsində məhbus Elşad Babayevin ölümünə görə məsuliyyət bu müəssisənin və Penitensiar Xidmətin üzərinə düşür. Bu barədə Turan agentliyinə İşgəncələr Əleyhinə Komitənin rəhbəri Elçin Behbudov bildirib.
“31 yaşlı Elşad Babayevin onun bədənində çoxsaylı işgəncə izləri olması haqqında bəyanatı narahatlıq doğurur. Biz kənarda qala və susa bilmərik.
Gəncin ölümü qapalı müəssisədə baş verib və buna görə cəzaçəkmə müəssisəsinin və Penitensiar Xidmətin rəhbərliyi məsuliyyət daşıyır.
Bir insan cinayət törədibsə, azadlıqdan məhrumetmə artıq cəzadır. Heç kim məhbusu zorakılığa və işgəncələrə məruz qoymaq hüququna malik deyil”, deyə Behbudov bildirib.
O, təəssüflə qeyd edib ki, bu sahədə mənfi təzahürləri tənqid etdiyinə görə Penitensiar Müəssisədə monitorinqə buraxılmır.
Behbudovun fikrincə, işgəncələrə qarşı mübarizədə ixtisaslaşan QHT-lərin penitensiar müəssisələrə baş çəkməsinin qadağan edilməsi öz özlüyündə narahatlıq üçün əsas verir.
Behbudov həmçinin karxana yaxınlığında yerləşən 14 saylı cəzaçəkmə müəssisəsində havanın çox çirkli olması ilə əlaqədar məhbusların saxlanma şəraitinin ağır olduğunu bildirib.
Hüquq müdafiəçisi Penitensiar Xidmətin Babayevin ölüm faktının obyektiv araşdırılmasına mane olmağa çalışacağını ehtimal edib.
Behbudov öz növbəsində ölkə prezidentinə və baş prokurora Babayevin ölümünün obyektiv araşdırılmasına yardım etmək və təqsirkarları cəzalandırmaq xahişi ilə müraciət hazırlayır. -06B0-
-
- İqtisadiyyat
- 25 Dekabr 2014 14:39
-
- Cəmiyyət
- 25 Dekabr 2014 15:10
Cəmiyyət
-
Yanvarın 29-da Azərbaycanda bələdiyyə seçkiləri keçirildi. 118 dairə üzrə seçkilərdə 16 mindən çox namizəd iştirak etdi. Mərkəzi Seçki Komissiyasının (MSK) saytında artıq lider namizədlərin adları açıqlanıb. Seçkidən saatlar sonra isə MSK sədri Məzahir Pənahov brifinqdə bildirmişdi ki, 685 bələdiyyənin 413-ü artıq formalaşmış hesab edilir, lider namizədlərin sayı 7 min 791 nəfərdir. Onun sözlərinə görə, bütün dairələrdə seçkilər normal keçib və rəhbərlik etdiyi quruma heç bir şikayət daxil olmayıb. Halbuki, müstəqil namizədlər və ekspertlər seçkilərin gedişatında pozuntuların olduğunu deyirlər.
-
Cümə günü paytaxtda hava dəyişkən olacaq, yağış gözlənilmir.Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 5 +7, gündüz müsbət 8 + 12 dərəcə olacaq. Rütubət 70-80 faiz olacaq.
-
Yanvarın 30-da Bakıda aydınlaşdırma ilə buludlu olacaq, gün ərzində Abşeron yarımadasında az yağıntı ola bilər. Külək cənub-şərq olacaq. Gecə havanın temperaturu +4 - dən +7c-ə, gündüz isə +8-dən +12C-ə qədər olacaq.havanın rütubəti 70-80% olacaq.
-
Azərbaycan hakimiyyəti keçmiş Rusiya hakimi Yelena Xaxalevanı Bakı Beynəlxalq Hava Limanında saxlayıb. Bu barədə məlumat Rusiyanın Baş Prokurorluğuna və Daxili İşlər Nazirliyinə təsdiqlənib. Saxlanılma xəbəri ilk olaraq Kommersant və İzvestiya tərəfindən mənbələrə istinadən yayımlanıb və daha sonra RIA Novosti və TASS vasitəsilə hüquq-mühafizə orqanlarından təsdiq alıb.
Rəy yaz