
Mehman Huseynov
Bakı/22.08.17/Turan: Həbsdə olan bloger Mehman Hüseynovun kassasiya şikayətinə sentyabrın 29-da baxılacaq. Bu barədə Turan-a vəkil Elçin Sadıqov bildirib.
İşə Əli Səfalıyevin sədrliyi ilə məhkəmə heyəti baxacaq.
Şikayət verildikdən üç ay sonra icraata götürülüb.
Müdafiə tərəfi blogerə bəraət verilməsi məsələsini qaldıracaq.
M.Hüseynov böhtan ittihamı ilə 2 il azadlıqdan məhrum edilib. Bundan öncə bu il yanvarın 9-da oğurlanaraq Nəsimi Rayon Polis İdarəsinin 22-ci bölməsində saxlanılıb. Polisin qanuni əmrinə tabe olmamaqda günahlandırılan bloger 200 manat cərimə edilərək sərbəst buraxılıb. Polisdə saxlandığı müddətdə işgəncələrə məruz qalıb. Onun bu barədə bəyanatı həbsinə səbəb olub.-06D-
Rəy yaz