AXCP fəalı 6 il müddətinə azadlıqdan məhrum edilib
Bakı/13.09.18/Turan: Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Xalq Cəbhəsi Partiyasının gənc fəalı, böyük ölçüdə narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunan Orxan Baxışlının işi üzrə prosesdə hökm oxunub. Məhkəmə onu 6 il müddətinə azadlıqdan məhrum edib.
Prokuror onun 7 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib. Müdafiə tərəfi Baxışlıya bəraət verilməsini istəyib.
Xatırladaq ki, Baxışlı mayın 6-da saxlanılıb və polis guya onun üzərindən 6 qr heroin aşkar edib. Fəal ittihamları təkzib edib və narkotiki onun üzərinə polis əməkdaşlarının özlərinin atdığını bildirib.
Həbsindən bir neçə gün əvvəl - mayın 3-də Ümumdünya Mətbuat Günü ilə əlaqədar jurnalist Elmar Hüseynovun məzarı başında keçirilən tədbirdə Baxışlı jurnalistin qətlində ölkə hakimiyyətini ittiham edib. Həmkarlarının fikrincə, onun həbsinə məhz bu səbəb olub. Hüquq müdafiəçiləri Baxışlını siyasi məhbus kimi tanıyıblar. -B06-
Cəmiyyət
-
Məntəqə daxilində vətəndaşın razılığı olmadan çəkiliş aparmaq dayandırıla bilər. Yerli mediada yayılan məlumatlara görə, bununla bağlı fevralın 1-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov danışıb. Qurumun sədrinin sözlərinə görə, bu proses tamamilə qadağaya səbəb ola bilər: "Vətəndaşla söhbət etmək, onun fikrini almaq olar. Amma onun işinə, prosesə mane olmaq, icazəsiz çəkiliş aparmaq doğru deyil".
-
Fevralın 4-də Bakıda hava dəyişkən olacaq, yağıntı olmayacaq. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 4 +7, gündüz müsbət 8 + 13 dərəcə olacaq. Rütubət 70-80 faiz olacaq.
-
Fevralın 2-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, yağıntı olmayacaq. Gecə və səhər bəzi yerlərdə duman, zəif çiskin gözlənilir. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə müsbət 1 +6, gündüz müsbət 8 +11 dərəcə olacaq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidməti bildirib.
-
Lider mobil operatordan yeni Xiaomi smartfonunu əldə edən müştərilərə seçilmiş SuperSən tarif paketlərinə 50% endirim Azercell “Gənclər Günü” münasibətilə istifadəçilərə xüsusi kampaniya təqdim edir. Belə ki, “Azercell Exclusive” və rəsmi diler mağazalarından “Xiaomi Redmi Note 14” seriyasına aid smartfonlar əldə edən müştərilər “Supersən 6GB” və ya “Supersən 10GB” tarif paketinə 2 ay müddətində 50% endirim qazanacaqlar.
Rəy yaz