
AXCP-nin Şəki rayon təşkilatının sədri 15 gün müddətinə həbs edilib
Bakı/23.08.19/Turan: Dünən axşam saxlanılan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Şəki rayon təşkilatının sədri Mübariz Əbdülkərimov bu gün 15 gün inzibati həbs cəzasına məhkum edilib.
Məhkəmə onu İnzibati Xətalar Məcəlləsinin 510-cu (kiçik xuliqanlıq) maddəsi ilə təqsirli bilib. Bu barədə Turan-a AXCP-dən bildiriblər.
Əbdülkərimov bu həftə inzibati qaydada həbs edilən 4-cü AXCP fəalı oldu. Daha bir partiya üzvü cərimə olunub.
Partiya rəhbərliyi baş verənləri ölkənin aparıcı müxalifət qüvvəsinə qarşı yeni repressiya dalğası kimi qiymətləndirir. -06B-
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz