
Açiq mənbələrdən foto.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi 8 tibb müəssisəsində qida təhlükəsizliyinin təmin olunmadığını aşkarlayıb və prokurorluğa müraciət edib
Bakı/22.06.21/Turan: Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyində fəaliyyət göstərən bır sıra tibb müəssisələrində keçirdiyi yoxlamalarda qanunsuzluqlar aşkar edib.
Qida Təhlükəsizliyi Agentliyinin məlumatına görə, bu ilin aprel-iyun aylarında Bakı şəhəri istisna olmaqla, ölkə ərazisi üzrə ümumilikdə 46 tibb müəssisəsini əhatə edən yoxlama-nəzarət tədbirləri zamanı qidalanma rejiminin təşkili, ərzağın keyfiyyəti, qida bloklarının sanitar-texniki və sanitar-gigiyenik vəziyyəti, qida təhlükəsizliyi tələblərinə əməl olunması yoxlanılıb.
“Yoxlama tədbirləri nəticəsində fəaliyyətində ciddi nöqsanlar aşkarlanan 8 tibb müəssisəsi ilə bağlı zəruri məlumatlar toplanılaraq hüquqi qiymət verilməsi üçün Azərbaycan Baş Prokurorluğuna təqdim olunub, həmçinin bir sıra tibb müəssisələrində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə əməl olunmaması ilə bağlı vəzifəli şəxslər inzibati məsuliyyətə cəlb edilib. Qida təhlükəsizliyi sahəsində ən az nöqsan 5 tibb müəssisəsində aşkarlanıb və nəticələr qənaətbəxş qiymətləndirilib”, - məlumatda deyilir.-03D-
Rəy yaz