Açıq mənbələrdən foto
Azərbaycanda koronavirusdan ölənlərin sayı 20 çatdı
Баку/21.04.20/Turan: Aprelin 21-də Azərbaycanda 44 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 74 nəfər müalicə olunaraq evə buraxılıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bildirilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan, şəkərli diabet, hipotireoz və xroniki böyrək xəstəliyi olan 1963-cü il təvəllüdlü vətəndaş ölüb.
Operativ qərargahın məlumatında qeyd olunub ki, Azərbaycanda 1480 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib:
“Onlardan 865 nəfər müalicə olunaraq sağalıb, 20 nəfər vəfat edib, 595 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 14 nəfərin vəziyyəti ağır, 20 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir”.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 102.764 testin aparıldığı bildirilib.-0-
-
- Foto sessiyalar
- 21 Aprel 2020 17:22
-
- Siyasət
- 21 Aprel 2020 19:00
Cəmiyyət
-
Bakıda Əhmədli, Günəşli, NZS qəsəbələri və bəzi digər ərazilərdə pis qaz qoxusu ilə bağlı şikayətlər səngimir. Şikayətçilər deyir ki, bu, artıq yenə neçə gündür baş verir.
-
Yanvarın 23-də Bakıda hava tutqun olacaq. Axşam və səhər bəzi yerlərdə yağış yağacaq.
-
Yanvarın 18-də İmişli rayonunda baş vermiş yol-nəqliyyat qəzasında zərər çəkmiş daha bir nəfər Bakıda xəstəxanada vəfat edib. Həkimlərin səylərinə baxmayaraq, azyaşlının (2015-ci ildə anadan olub) həyatını xilas etmək mümkün olmayıb.
-
Sosial mediada tənqidi paylaşımlarına görə saxlanılan müxalifət üzvləri həmin gün azadlığa buraxılıb, polis tərəfindən kobud rəftar və zorakılıq hallarına dair heç bir məlumat yoxdur, "Müsavat" Partiyası sədr müavini Mustafa Hacıbəyli Turan xəbər agentliyinə bildirib.
Rəy yaz