Açıq mənbələrdən foto
Azərbaycanda pandemiya başlayandan sutka ərzində koronavirusa ən çox yoluxma faktı qeydə alınlb
Bakı/27.05.20/Turan: Mayın 27-də Azərbaycanda 165 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 78 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahından bildirilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1949 və 1957-ci il təvəllüdlü iki nəfər vəfat edib.
Hazırkı dövrədək Azərbaycanda 4568 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyənləşib, onlardan 2897 nəfər müalicə olunaraq sağalıb, 54 nəfər vəfat edib, 1617 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 49 nəfərin vəziyyəti ağır, 63 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 280.663 test aparılıb.
Beləliklə, bu gün Azərbaycanda pandemiya başlayandan bəri sutka ərzində koronavirusa ən çox yoluxma qeydə alınlb.
Bundan əvvəl ən şox göstərici – 158 yoluxma faktı mayın 16-da qeydə alınmışdır.—06d-
-
- Cəmiyyət
- 27 May 2020 18:40
Cəmiyyət
-
Bakıda Əhmədli, Günəşli, NZS qəsəbələri və bəzi digər ərazilərdə pis qaz qoxusu ilə bağlı şikayətlər səngimir. Şikayətçilər deyir ki, bu, artıq yenə neçə gündür baş verir.
-
Yanvarın 23-də Bakıda hava tutqun olacaq. Axşam və səhər bəzi yerlərdə yağış yağacaq.
-
Yanvarın 18-də İmişli rayonunda baş vermiş yol-nəqliyyat qəzasında zərər çəkmiş daha bir nəfər Bakıda xəstəxanada vəfat edib. Həkimlərin səylərinə baxmayaraq, azyaşlının (2015-ci ildə anadan olub) həyatını xilas etmək mümkün olmayıb.
-
Sosial mediada tənqidi paylaşımlarına görə saxlanılan müxalifət üzvləri həmin gün azadlığa buraxılıb, polis tərəfindən kobud rəftar və zorakılıq hallarına dair heç bir məlumat yoxdur, "Müsavat" Partiyası sədr müavini Mustafa Hacıbəyli Turan xəbər agentliyinə bildirib.
Rəy yaz