Natiq Cavadlı.BBC
Daha bir jurnalist Əfqan Muxtarlının işi üzrə dindirilib
Bakı/21.06.17/Turan: Bu gün müstəqil jurnalist Natiq Cavadlı Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsində üç saata yaxın dindirilib.
Dindirmə jurnalist Əfqan Muxtarlı və "Meydan" TV İnternet resursun fəaliyyəti üzrə cinayət işilə bağlı olub.
Jurnalistdən dindirmənin açıqlanmaması barədə iltizam alınıb.
Bundan öncə jurnalistlər Sevinq Vaqifqızı, Xədicə İsmayılova, Müsavat Partiyasının keçmiş və indiki rəhbərləri İsa Qəmbər və Arif Hacılı, təşkilatın aparat rəhbəri Gülağa Aslanlı Ə.Muxtarlının işi üzrə dindiriliblər.
Hakimiyyət Ə.Muxtarlını xaricdən Azərbaycandakı müxalifətçilərə pul ötürməkdə ittiham edib. İndi də bu fəaliyyəti sübut etməyə və bunu dövlət quruluşunun pozulması, Qərbin ölkənin daxili işlərinə müdaxiləsi kimi təqdim etmək istəyir.
Şərhçilər qeyd edirlər ki, pulun Gürcüstanda alınması və onun Azərbaycanda ötürülməsi barədə məlumatlar ancaq rəsmi Tbilisinin köməyilə əldə edilə bilər.
* Əfqan Muxtarlı mayın 29-da Tbilisidə oğurlanıb və Azərbaycan hakimiyyətinə təhvil verilib. Jurnalist sərhəddi qanunsuz keçmək, qaçaqmalçılıq və sərhədçiyə müqavimət göstərməkdə ittiham edilib.
Ötən həftə Avropa Parlamenti qətnamə qəbul edərək Əfqan Muxtarlının azadlığa buraxılmasını tələb edib.-06B--
-
- Cəmiyyət
- 21 İyun 2017 17:40
-
- İqtisadiyyat
- 22 İyun 2017 10:50
Cəmiyyət
-
Fevralın 2-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, yağıntı olmayacaq. Gecə və səhər bəzi yerlərdə duman, zəif çiskin gözlənilir. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə müsbət 1 +6, gündüz müsbət 8 +11 dərəcə olacaq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidməti bildirib.
-
Lider mobil operatordan yeni Xiaomi smartfonunu əldə edən müştərilərə seçilmiş SuperSən tarif paketlərinə 50% endirim Azercell “Gənclər Günü” münasibətilə istifadəçilərə xüsusi kampaniya təqdim edir. Belə ki, “Azercell Exclusive” və rəsmi diler mağazalarından “Xiaomi Redmi Note 14” seriyasına aid smartfonlar əldə edən müştərilər “Supersən 6GB” və ya “Supersən 10GB” tarif paketinə 2 ay müddətində 50% endirim qazanacaqlar.
-
“Gubad İbadoğlu işi” çərçivəsində həbs edilən Fazil Qasımov və Anar Əliyevin məhkəmə prosesi cümə axşamı Bakı Ağır Cinayətlər Məhkəməsində davam edib. Hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən iclasda müdafiə tərəfi prosedur pozuntuları və saxta pul sübutlarının təqdim olunma qaydasına dair narahatlıqlarını ifadə edib.
-
"Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 7 kiloqram 145 qram narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd edən İran vətəndaşı 1984-cü il təvəllüdlü Mollayı Meysən Allahbaxış saxlanılıb. Bu barədə yanvarın 31-də Azərbaycan Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Rəy yaz