
Lətif Məmmədov
Bakı/12.07.23/Turan: İctimai fəal Lətif Məmmədov Söyüdlü hadisələrilə bağlı Azərbaycan prezidenti İlham Əliyevin söylədiklərilə əlaqədar sosial şəbəkələrdə tənqidi şərh yazdıqdan sonra ötən gecə saxlanılıb
Yaxının fəalları bildriblər ki, mülki geyimli şəxslər onu naməlum istiqamətə aparıblar və 12 iyul günortaya qədər onun taleyini aydınlaşdırmaq mümkün olmayıb.
Öz növbəsində Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev Turan-a bildirib ki, Məmmədov daxil olan müraciət əsasında polis orqanına dəvət olunub, araşdırma aparılır.
Qeyd edək ki, iyulun 11-də hökumətin iclasında prezident İlham Əliyev qızıl mədəninin fəaliyyətilə bağlı Söyüdlü sakinlərinin narahatlığının əsaslı olduğunu bildirsə də, polisin kəndlilərin etiraz aksiyasını sərt şəkildə dağıtmasına haqq qazandırıb.21B
Rəy yaz