Jurnalistlər şəhərciyi
Hüquq müdafiəçiləri jurnalistlərin mənzil məsələsi ilə bağlı Prezidentə müraciət ediblər
Bakının Səbail rayonundakı “Jurnalistlər şəhərciyi” sakinlərinin Azərbaycan Respublikası Prezidentinə müraciəti üç aydan artıqdır cavabsız qalıb. 2013 və 2017-ci illərdə Prezidentin açılışını etdiyi binalarda mənzil hədiyyə almış jurnalistlərdən 30 nəfərinin imzaladığı məktubda ləğv edilmiş KİVDF-nin fəaliyyəti dövründə müəyyən edilmiş qaydada, yəni özəlləşdirilmə zamanı mənzillərin "Jurnalist evi" MMC-nin mülkiyyətinə keçirilib, daha sonra isə mənzil sahibinə bağışlama proseduru ilə verilməsinin qanunazidd və məntiqsiz olması diqqətə çatdırılıb. Jurnalistlər məsələnin mənəvi tərəfini - Prezidentin əvəzsiz və birdəfəlik bağışladığı mənzilləri nəyə görə formal olaraq "Jurnalist evi" MMC-nin hədiyyə etməsini və 278,5 manat dəyərində "bağışlanma müqaviləsi" ödənişi ilə bağlı anlaşılmazlığı dilə gətiriblər. Lakin xeyli vaxt keçməsinə və ictimailəşdirilməsinə baxmayaraq problem hələ də həllini tapmayıb. Məsələdən xəbər tutan Azərbaycan İnsan Hüquqları üzrə Birgə İşçi Qrupunun üzvləri – hüquq müdafiəçiləri Novella Cəfəroğlu, Səidə Qocamanlı, Səadət Bənənyarlı, Dilarə Əfəndiyeva və Əvəz Həsənov da bu barədə ölkə başçısına müraciət ünvanlayıb.
Özündə maraqlı məqamları əks etdirən müraciətdə bildirilir ki, mənzillərin jurnalistlərin mülkiyyətinə verilməsi istiqamətində məmurlar - o sahəyə cavabdeh olan şəxslər əngəllət törədib və bu arzuolunmaz proses davam edir: "Belə ki, KİVDF-nin xeyir-duası ilə jurnalistlərə Sizin hədiyyə etdiyiniz mənzillərin özəlləşdirilməsini Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən (DƏDRX) əldə etdiyi sənəd əsasında kommunal xidmət göstərmək üçün yaradılmış "Jurnalist evi" MMC həyata keçirib. (?) İki binanın 360 mənzil sahibi ilə MMC arasında notarial qaydada daşınmaz əmlakın bağışlanması müqaviləsi imzalanıb. Sizin jurnalistlərə hədiyyə verdiyiniz mənzillərin, "Jurnalist evi" MMC-nin jurnalistlərə müqavilə əsasında yenidən "bağışlamasının" və buna görə onların hər birinin 287,5 manat rüsum ödəməsinin hüquqi izahını tapmaq çox çətindir.
50 mənzilin sahibi indiyədək mənzilin özəlləşdirilməsinə dair çıxarışı (“kupça”) almayıb. Jurnalitslər Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinə müraciət etmələrinə baxmayaraq, məsələnin həlli hələ ki mümkün olmayıb".
Hüquq müdafiəçiləri müraciəti “Möhtərəm cənab Prezident, Sizdən rica edirik ki, hədiyyə etdiyiniz mənzillərə çıxarış ala bilməyən jurnalistlərin mənzillərinə çıxarışların təmin olunması prosesinin tezləşdirilməsi və məsələnin araşdırılması ilə bağlı göstəriş verəsiniz.” cümləsiylə bitiriblər.
Cəmiyyət
-
Şənbə günü Bakıda hava şəraiti dəyişkən buludlu, yağmursuz olacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-7 dərəcə, gündüz 8-12 dərəcə olacaq. Nisbi rütubət 70-80% təşkil edəcək.
-
Yanvarın 29-da Azərbaycanda bələdiyyə seçkiləri keçirildi. 118 dairə üzrə seçkilərdə 16 mindən çox namizəd iştirak etdi. Mərkəzi Seçki Komissiyasının (MSK) saytında artıq lider namizədlərin adları açıqlanıb. Seçkidən saatlar sonra isə MSK sədri Məzahir Pənahov brifinqdə bildirmişdi ki, 685 bələdiyyənin 413-ü artıq formalaşmış hesab edilir, lider namizədlərin sayı 7 min 791 nəfərdir. Onun sözlərinə görə, bütün dairələrdə seçkilər normal keçib və rəhbərlik etdiyi quruma heç bir şikayət daxil olmayıb. Halbuki, müstəqil namizədlər və ekspertlər seçkilərin gedişatında pozuntuların olduğunu deyirlər.
-
Cümə günü paytaxtda hava dəyişkən olacaq, yağış gözlənilmir.Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 5 +7, gündüz müsbət 8 + 12 dərəcə olacaq. Rütubət 70-80 faiz olacaq.
-
Yanvarın 30-da Bakıda aydınlaşdırma ilə buludlu olacaq, gün ərzində Abşeron yarımadasında az yağıntı ola bilər. Külək cənub-şərq olacaq. Gecə havanın temperaturu +4 - dən +7c-ə, gündüz isə +8-dən +12C-ə qədər olacaq.havanın rütubəti 70-80% olacaq.
Rəy yaz