Açiq mənbələrdən foto.
Hüquq müdafiəçiləri Mingəçevirdə jurnalistə təzyiqləri pisləyirlər
Bakı/26.05.20/Turan: Siyasi Məhbusların Monitorinq Mərkəzi (SMMM) Mingəçevir şəhərində hüquq müdafiəçilərinə və jurnalistlərə qarşı davam edən təzyiqləri pisləyib.
“Əgər əvvəllər repressiya tədbirləri güc qurumları tərəfindən həyata keçirilirdisə, indi fəalların və jurnalistlərin təqib olunmasının rüsvayçı praktikasına yerli məmurlar qoşulub”, - deyə SMMM-in rəhbəri Elşən Həsənov bildirib.
O, “Yüksəliş naminə” saytının redaktor müavini, hüquq müdafiəçisi Elçin Həsənzadənin sıxışdırıldığını qeyd edib.
“Şəhər kommunal təsərrüfatı rəhbəri Şəhriyar Mustafayevin tapşırığı ilə Elçin Həsənzadə “radikal” jurnalist kimi şəhərdə sıxışdırılır.
E.Həsənzadənin sözlərinə görə, kirayədə qaldığı mənzilin sahibinə təzyiq göstərilir ki, onu mənzildən çıxarsın. Jurnalist 102 saylı telefonla DİN-ə müraciət edib, amma əbəs yerə. Mənzil İdarəsinin rəhbərliyi E.Həsənzadənin həyat yoldaşının valideynlərinə də analoji təzyiq göstərib”, - hüquq müdafiəçisi bildirib.
Məmurların hərəkətləri cinayət məsuliyyətinə səbəb olur. İndiki halda Konstitusiyanın 31-ci maddəsi (təhlükəsiz yaşamaq hüququ) pozulub. Hüquq-mühafizə orqanları təhlükəsizliyi təmin etməli və günahkarları cəzalandırmalıdırlar, SMMM-in bəyanatında deyilir.
SMMM həmçinin xatırladır ki, “Yüksəliş naminə” saytının rəhbəri Elçin Məmməd bu ilin martında uydurma cinayət ittihamı ilə həbs edilib ki, beynəlxalq təşkilatlar bunu pisləyiblər. *SMMM 2014-cü ilin payızında bir qrup “vicdan məhbusu” tərəfindən yaradılıb.–06D-
Cəmiyyət
-
Yanvarın 22-də paytaxtda hava tutqun olacaq. Axşama doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Səhər və axşam duman olacaq. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-5 dərəcə, gündüz 8-10 dərəcə, nisbi rütubət 70-80% təşkil edəcək.
-
İmişlidə 2 uşağın ölümü ilə nəticələnən yol qəzasına səbəb olmaqda təqsirləndirilən 17 yaşlı oğlan həbs edilib.
-
"ToplumTV işi" adlandırılan cinayət işi üzrə təqsirləndirilən şəxslərin ittihamının ağırlaşdırıldığı, istintaqın artıq yekunlaşmaq üzrə olduğu bildirilir. Həmin cinayət işinə "Toplum" İnternet Televiziyasının, Demokratik Təşəbbüslər İnstitutunun, habelə III Respublika Platforması təşəbbüsünün bəzi əməkdaş və təmsilçilərinin həbsi daxildir. Müdafiə tərəfinin məlumatina görə, onlara Cinayət Məcəlləsinin 162-1.1 (Əmək müqaviləsi olmadan işçilərin cəlb edilməsi), 192.3.2 ( küllü miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1 (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 193-1.3.2 (...xeyli miqdarda), 206.4 (mütəşəkkil dəstənin qaçaqmalçılığı) və 213.2.1 (Vergiləri,... ödəməkdən yayınma ) maddələri ilə yeni ittihamlar irəli sürülüb. Əvvəl "ToplumTV işi" üzrə həbs olunanlar 206.3.2-ci (qaçaqmalçılıq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə təqsirləndirilirdi. Əvvəlki ittihamlarla şəxslərə 8 ilədək həbs verilə bilərdisə, indi cəza müddəti 12 ilə çata bilər.
-
Çərşənbə axşamı hava dəyişkən olacaq, yağıntı olmayacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 3+6, gündüz müsbət 6+9 dərəcə olacaq. Rütubət 70-80 faiz olacaq.
İmişlidəki hadisə nəyi göstərdi? – Asif Yusifli Çətin sualda
Xəbər lenti
-
- Cəmiyyət,
- 13:38
- 219
-
- Söz istəyirəm,
- 11:25
- 399
-
- Cəmiyyət,
- 11:19
- 256
-
- Siyasət,
- 00:12
- 708
Rəy yaz